Azərbaycandan ABŞ-a aparılan itlər quduz çıxdı — Dövlətlərarası araşdırma başladı

20-06-2021, 21:15           
Azərbaycandan ABŞ-a aparılan itlər quduz çıxdı —
ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika Mərkəzi (CDC) Azərbaycandan bu ölkəyə xilasedicilər qrupu tərəfindən aparılan itlərdən birində quduzluq xəstəliyinin aşkar edilməsindən sonra ictimai səhiyyə sahəsində dövlətlərarası təhqiqat başladıb.

Bu haqda “The Washington Post” yazır. Bildirilir ki, ən azı 12 nəfər həmin itlə təmasda olub.

Quduzluğa yoluxmuş it iyunun 10-da Çikaqonun О’Hare beynəlxalq aerportuna gələn 33 it və bir pişikdən ibarət qrupun arasında olub. Heyvanlardan başqa heç birinin hələlik quduzluq testi müsbət çıxmayıb, lakin onların hamısının virusa yoluxduğu hesab edilir. CDC bəyan edib ki, О’Hara beynəlxalq aerportundan səyahət edənlər və itlərin gətirildiyi təyyarənin göyərtəsində olanlar riskə məruz qalmayıblar.

CDC tərəfindən aparılan testlər göstərib ki, it hələ Birləşmiş Ştatlara gətirilməzdən əvvəl yoluxub. Həmin partiyada gətirilən digər heyvanlar Kaliforniya, İllinoys, İndiana, Miçiqan, Nyu-Cersi, Nyu-York, Ohayo və Pensilvaniya ştatlarına çatdırılıblar.

Çikaqo, О’Hare aeroportu

“Quduzluq virusunun bu variantı bir çox digər ölkələrdə mövcuddur və bizə ABŞ-da həmin virusun kökünü kəsmək üçün onilliklər lazım olub”,-AB ictimai səhiyyə Xidmətindən veterinar-həkim, eyni zamanda CDC-də quduzluq epidemiyasına qarşı mübarizə şöbəsinə rəhbərlik edən Rayan Uolles bildirib.

Azərbaycandan ABŞ-a quduz itin aparılması xəbəri CDS tərəfindən quduzluğun yayılması riskinin yüksək olduğu təxminən 100 ölkədən Birləşmiş Ştatlara itlərin gətirilməsinə qoyulan qadağanın qüvvəyə minməsindən bir ay əvvələ təsadüf edib. Azərbaycan həmin ölkələr siyahısındadır.

Rayan Uolles

CDC mütəxəssisləri Azərbaycandan getmiş xilasedicilər qrupu ilə işləyərək virus daşıyan heyvanın təsirinə məruz qala biləcək yerləri müəyyən etməyə çalışırlar. Həmin qrupdakı itlərin bir çox artıq heyvan sığınacaqlarına yerləşdirilib. CDC həmin xilasedicilər qrupunun hansı təşkilata mənsub olduğunu açıqlamayıb.

Bildirilir ki, Azərbaycandan aparılan itdə aşkarlanmış quduzluq virusunun kökü Birləşmiş Ştatlarda ötən əsrin 70-ci illərində kəsilmişdi, lakin 90-cı illərində ABŞ-Meksika sərhədi yaxınlığındakı ərazilərdə yaşayan qarışıq cins itlərdə yenidən həmin virus aşkarlanmışdı.

“Bizə 50 il lazım olub ki, itlərin peyvəndlənməsi qanunu işləyib hazırlayaq və adi veterinar infrastrukturunu yaradaq. ABŞ-da itlərin quduzluğa qarşı peyvəndlənməsi 50 il ərzində çox yüksək səviyyədə olub və biz bu virusun kökünü kəsə bilmişdik”,-Uolles bildirib. O, əlavə edib ki, ötən əsrin 40-50-ci illərində, daha sonra 60-cı illərdə itlər arasında yayılan quduzluq virusu hər il yüzlərlə adamın ölümünə səbəb olurdu.

Uolles bildirib ki, itlər arasında yayılan quduzluq virusu əsasən Afrikada və Asiyada olmaqla ildə 59 min adamın ölümünə səbəb olur. Bu virus adətən it dişləməsi nəticəsində insana keçir. Uolles qeyd edib ki, quduzluq virusu Birləşmiş Ştatlarda adətən hər bir neçə ildən bir meydana çıxır, əsasən xaricə səhayət etmiş şəxslər getdikləri ölkələrdə it dişləməsinə məruz qalır və vaxtında müalicə almırlar. “Ölkəyə gətirilən itlərdə virus aşkarlanması halları da olur, amma bunlar bir qayda olaraq saxta sənədlərə görə baş verir. Yəni həmin itlərin sahibləri heyvanın quduzluğa qarşı peyvənd olunduğu haqda saxta arayışlar təqdim edirlər”,-CDC rəsmisi bildirib.

Uolles qeyd edib ki, Azərbaycandan gətirilmiş digər yoluxmuş heyvanlar virusun yayılmasının qarşısını almaq üçün karantinə yerləşdiriləcək. Onun sözlərinə görə, indiki situasiya ev heyvanlarının quduzluğa qarşı peyvənd olunmasının vacibliyini bir daha göstərir, hətta həmin heyvanlar xaricdən gətirilməyibsə belə.

“Əgər sizin itinizə vaksin vurulmayıbsa və o, yoluxmaya məruz qalıbsa variantlar maraqlı deyil. Ya sizin itiniz çox ehtiyatla evtanazaziya olunacaq, ya da başqa heyvanları yoluxdurmaması üçün uzun müddət karantində saxlanılacaq”,-Rayan Uolles deyib.

CDC bildirir ki, Azərbaycandan gətirilmiş itlərdə quduzluğun aşkarlanması nəinki ictimai səhiyyə üçün ciddi təhdid yaradır, eləcə də federal hökumətə təhqiqat aparmaq üçün 215 mindən 509 min dollara qədər xərc hesabına başa gələ bilər.

Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.