"Bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur" - “Azəriqaz”ın baş direktoru

23-06-2021, 07:17           
"Bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur" -
"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev sosial şəbəkələrdə metal qəbulu məntəqələrinə təhvil verilən sayğaclarla bağlı videogörüntüyə münasibət bildirib.
Teref.az-ın məlumatına görə, R.Əliyev bu barədə özünün feysbukdakı hesabında yazıb.

"Paylaşılan bu videoda qeyri-adi heç nə yoxdur. Həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğacların istismar müddəti 15-20 ildir. Qaz sayğacının mexaniki və elektron hissəsi var. İstismar olunduqca sayğacın mexaniki hissəsi sıradan çıxır və onlar metal qəbulu məntəqələrinə təhvil verilir. Məsələn, "Azəriqaz" İstehsalat Birliyinin 2 milyon 400 minə yaxın əhali abonenti var. Bu qədər abonentin istifadəsində olan qaz sayğaclarının dövlət yoxlanış prosesi aparılarkən (əhali abonentləri üzrə 5 ildən bir) heç də ölçü qurğularının hamısı yararlı çıxmır. İldə 150-200 min sayğac yararsız olduğu üçün metal qəbulu məntəqələrinə təhvil verilir. Bu normal bir haldır. Yəni bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur”, - deyə İstehsalat Birliyinin rəhbəri qeyd edib./"Ölkə.az”/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.