“Media haqqında” qanun hansı yenilikləri gətirəcək? - Video

7-07-2021, 00:02           
“Media haqqında” qanun hansı yenilikləri gətirəcək? - Video
“Media haqqında” qanunmedianın inkişafına yeni imkanlar deməkdir. Bu imkanlardan istifadə etmək isə media subyektlərinin və jurnalistlərin üzərinə düşən vəzifədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "Real İnervyu"ya bildirib.

N.Məmmədli “Media haqqında” qanunun əhəmiyyətindən danışıb:

Əvvəllər KİV haqqında qanun var idi və hazırda da qüvvədədir. Milli Teleradio Yayımı haqqında qanun var idi. İndi bu iki qanun birləşdirilərək “Media haqqında" qanun adlanacaq. Burada həm çap mediasının (qəzetlər, jurnallar), həm onlayn media, həm informasiya agentliklərinin fəaliyyəti və audio-viziual medianın tərkib hissəsi kimi radio və televiziyaların fəaliyyətini tam əhatə edir. Onların fəaliyyət sxemini müəyyənləşdirən bir qanun olacaq. Bu qanunda Azərbaycanda hər hansı ifadə azadlığına qarşı müddəalar öz əksini tapmayıb. Əksinə, bu qanunun qəbulundan sonra media islahatlarının daha dinamik nəticələrini görəcəyik. İfadə azadlığının daha da möhkəmlənməsinin şahidi olacağıq. Hər halda, bizim hesablamalarımıza görə, media islahatının əsas tərkib hissəsi olan bu qnaun Azərbaycan mediasının yeni simasının formalaşmasına öz ciddi töhfəsini verəcək”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru