Erməni diversantların acizliyi: Çarəsizlik onları intihara sürükləyir

22-07-2021, 00:07           
Erməni diversantların acizliyi:
İyulun 21-də Xocavənd ərazisində qanunsuz erməni silahlı dəstələrindən birinin üzvü intihar edib.

Teref.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin Ermənistan seqmentində informasiya yayılıb.

Erməni hərbçinin intiharına səbəb kimi dözülməz xidmət şəraiti qeyd olunur.

Azərbaycan ərazisində qanunsuz silahlı birləşmənin tərkibində olan bu şəxsin intiharı hazırda bir çox şeydən xəbər verir. Görünür, Azərbaycan ordusunun məhv etdiyi ordunun qalıqları olan bu şəxslərin düçar olduğu çarəsizlik də ölümcül xarakter daşıyır. Çünki onlar ya təslim olmalı, diversant kimi törətdikləri qanunsuz əməllərə görə Azərbaycan tərəfindən mühakimə olunmalı, ya da gec-tez dözülməz şəraitdən bu yola baş vurmalıdır.

İstənilən halda ədalət məhkəməsi bu şəxsləri tapacaq. Ona qədər isə qanunsuz əməllər, cinayətlər törətmiş bu şəxslər çarəsizliyin uçurumuna yuvarlanacaqlar. Ədalət istənilən şəkildə öz yerini tapacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru