"Crocus Group" Moskvanın mərkəzindəki bütün binalarını satışa çıxarıb - AÇIQLAMA

1-09-2021, 09:34           
 "Crocus Group" Moskvanın mərkəzindəki bütün binalarını satışa çıxarıb - AÇIQLAMA
“Crocus Group” Moskvanın mərkəzində şirkətə məxsus dörd binanı satışa çıxarıb.

APA “RİA Novosti”Yə istinadən xəbər verir ki, bu barədə qrupun birinci vitse-prezidenti Emin Ağalarov bildirib.

“Moskvanın mərkəzində “Crocus Group”a məxsus bütün binaları satışa çıxardıq. Obyektlərin ümumi sahəsi təxminən 2 min kvadratmetrdir. Hazırda böyük moda brendləri ilə fəal danışıqlar aparırıq”, - deyə Ağalarov qeyd edib.

E. Ağalarov satışın səbəblərindən danışarkən deyib ki, şəhər daşınmaz əmlakının gəlirliliyinə artıq inanmır.

“Analitiklərimizin fikrincə, bu bölgələrdə daşınmaz əmlakın qiymətləri tezliklə aşağı düşməyə başlayacaq. Bununla yanaşı, yeni obyekt sahibləri məni normal şərtlərlə saxlamağa razılıq versələr, məmnuniyyətlə icarəçi olaraq qalacam və yeni ideyalar hazırlamağa hazır olacam”, - deyə Ağalarov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru