​Rövşən Əkbərovun oğlu vəkilə HÜCUM ETDİ

1-09-2021, 15:09           
​Rövşən Əkbərovun oğlu vəkilə HÜCUM ETDİ
Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək bu gün məhkəmədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərovun oğlunun ona hücum etdiyini bildirib.

Azadinfo.az -ın məlumatına görə, E.Sadıqov qeyd edib ki, general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edir:

“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün fəaliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut var.


Xahiş edirəm ki, bu faktı xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.