Azərbaycanda Covid-19 analizləri neçəyədir? - Siyahı

2-09-2021, 20:07           
Azərbaycanda Covid-19 analizləri neçəyədir? - Siyahı
Azərbaycanda insanın koronavirus infeksiyasına yoluxub yoluxmadığını təyin etmək üçün həm dövlət, həm də özəl klinikalarda PZR testlər edilir. Uzun növbələrin müşahidə olunduğu dövlət müəssisələrində bu labarator müayinələr pulsuz olsa da , özəl klinikalarda heç də ucuz deyil.

"Referans" klinik laboratoriya mərkəzi: COVID-19 üçün yaxma testin qiyməti 75 azn-dir. Koronavirusa yoluxandan sonra yaranan antigen-antitel immun komplekslərinin yoxlanılması üçün olan COVID-19 G testinə görə 48 manat tələb olunur. Qanda virusun qalıb-qalmamasını yoxlamaq üçün olan COVID-19 M testinin qiyməti isə 25 manatdır. Əgər, testin cavabı təcili şəkildə lazımdırsa, o zaman 95 manat ödəyib, cavabı 1-2 saata ekspres xidmət vasitəsilə əldə edə bilərsiniz. Evə gəlib test götürürük, əlavə ödəniş tələb olunur. Məsələn, Binə qəsəbəsinə çağırırsınızsa, test üçün bir gün əvvəl zəng edəndə 22 , həmin gün üçün lazımdırsa 38 manat ödəməlisiniz.
"Ege” Hospital: Həm yaxma (PZR), həm də qan testinin qiyməti 70 azn-dir. Evə gəlmək üçün isə əlavə 80 manat ödəniş etməlisiniz.

Mərkəzi Gömrük Hospitalı: Bizdə COVID-19 üçün yalnız yaxma test götürülür. Qiyməti 89 azn-dir. Səhər 9-12 arası test verilir, axşam saat 8-dən sonra hazır olur. Test vermək üçün şəxsiyyət vəsiqəsi və ya xarici pasport verilməlidir. Evə çağırışlarımız isə dayandırılıb. Çünki xəstəxanada COVID-19 xəstələri var, karantindədirlər. Ona görə də analiz ancaq hospitalda götürülür.
İNCİ Laboratoriyaları: Yaxma testin qiyməti 90, qan isə 60 manatdır. Yaxmanın ekspres testi 30 manatdır və TƏBİB-in sisteminə düşmür. Qanın ekspres testinin qiyməti isə 50 azn təşkil edir. Evə gəlib test götürdükdə isə 25-50 manat arası əlavə ödəniş etməlisiniz ki, bu da məsafəyə görə müəyyənləşdirilir.

"Modern" Hospital: Qan analizi 40, yaxma testi isə 75 manatdır. Simptomları his edirsinizsə, evə çağıra bilərsiniz. Belə olduqda, yaxma test 83 azn təşkil edəcək, əlavə olaraq da yol xərci ödəyəcəksiniz. Məsələn, Binə qəsəbəsinə çağırırsınızsa, 90 manat üzərində yol xərci ödəməli olacaqsınız. (anews.az)

Mərkəzi Neftçilər Xəstəxanası : Burundan götürülən yaxma test 65 , qan analizi 25 manatdır. Uçuş üçün ekspres testlər isə mövcud deyil. Evə çağırışlarımız da var. 20 manat tibb bacısına ödənilir, eləcə də məsafəyə uyğun taksi pulu ödəyirsiniz.

"Memorial" Klinika: Yaxma üsulu ilə test 65, qan isə 25 manatdır. Evə xidmət yoxdur, yalnız klinikaya yaxınlaşmalısınız.

"Bakı" Klinik: COVID-19 üçün yaxma testin qiyməti 85 azn-dir. Qan testi isə 2 qiymətə var: hazırki vəziyyəti göstərən test 31 və keçmiş vəziyyəti göstərən test isə 41 manatdır. Evə çağırışlar ödənişlidir. Şəhər içi 50, şəhər ətrafı isə 100 azn təşkil edir.


"Leyla Medical Center” Klinkası: 75 manat ödəniş etdikdə nəticə 6-12 saata hazır olur. 3-4 saat ərzində nəticə götürmək istədikdə isə 95 azn ödəməlisiniz. COVID-19 M testi üçün 25 manat tələb olunur. Test səhər saat 11-də verildikdə, cavabı saat 7-də əldə etmək mümkündür. COVID-19 G testi üçün 48 manat ödənilməlidir. Evə gəldikdə isə ünvana görə dəyişir. Məsələn, Binə qəsəbəsinə gəldikdə 50 azn ödəməlisiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.