Ötən ay xəstəxanalara ən çox hansı xəstəliklərə görə müraciət edildiyi açıqlanıb

16-09-2021, 11:19           
Ötən ay xəstəxanalara ən çox hansı xəstəliklərə görə müraciət edildiyi açıqlanıb
Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə edilən müraciətlərin istiqamətləri açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.