İranda təhsil almağa qarşı çıxan deputat Suriyada dini təhsil alıb - İDDİA

24-09-2021, 09:49           
İranda təhsil almağa qarşı çıxan deputat Suriyada dini təhsil alıb - İDDİA
Milli Məclisinin VI çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Cehun Məmmədov İranda dini təhsil alan azərbaycanlılarla bağlı çağırış edib.

O bildirib ki, azərbaycanlıların İranda dini təhsil alması qadağan olunmalıdır.

"Azərbaycanlıların İrana gedərək din təhsili almasının qadağan olunması ilə bağlı mexanizmlər düşünülməlidir", - deputat belə deyib.

Bəs deputat özü harada təhsil alıb?

Xeberinfo.de yazır ki, İranda dini təhsil almağa qarşı çıxan deputat Ceyhun Məmmədov özü Suriyada təhsil alıb.

Bundan başqa, onun Liviyada da təhsil aldığı bildirilir. Bu barədə deputata aid vikipediya səhifəsində də məlumat yerləşdirilib.

Sayt yazır ki, dindarlar adətən "Azərbaycanı Suriyaya çevirmək istəyirsiniz” ittihamı ilə üzləşirlər, amma nədənsə, Ceyhun Məmmədova Suriyada təhsil aldığı ilə bağlı belə suallar ünvanlanmır.

Ceyhun Məmmədov həm də İlahiyyat Universitetinin rektorudur.

Arqument.az mövzu ilə bağlı deputatın münasibətini öyrənə bilməyib. //Arqument.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.