AZƏRBAYCAN TÜRKÜ, YOXSA ABŞ KƏŞFİYYATININ YETİŞDİRDİYİ YƏHUDİ? – Və yaxud Rza Zərrab Aaron Qoldsmitə necə çevrildi…

24-10-2021, 14:50           
AZƏRBAYCAN TÜRKÜ, YOXSA ABŞ KƏŞFİYYATININ YETİŞDİRDİYİ YƏHUDİ? –
ABŞ prezidenti Co Bayden Ağ Ev administrasiyasının başına gələndən sonra, ermənilərə söz verdiyi kimi, Türkiyəyə qarşı qərəzli siyasət aparmaqdadır. Əslində isə, Baydenin tətbiq etdiyi siyasət ABŞ-ın Ankaraya qarşı xəttinin davamıdır. Vaşinqton hər zaman Ankaranı "əlinin altında olan" ölkə kimi gördü, nəinki bərabərhüquqlu strateji tərəfdaş.

Vaşinqtonun Ankaraya qurduğu tələlərdən biri 22 mart 2016-cı ildə müvəqqəti fasilə fazasına girdi. Bu, çirkli pulların yuyulması ittihamı ilə ABŞ-da həbs edilən Rza Zərrab – Aaron Qoldsmit (Aaron Goldsmith) (!) əməliyyatı idi.

Faəliyyəti dönəmində hakim AKP və əksrə yüksək çinli məmurlarla bağlantı quran, ölkədə sanballı iş adamlarından biri kimi tanınan Rza Zərrab ABŞ-da Türkiyədə etdiklərinə dair "etirafçı olub" buraxıldıqdan sonra, "Aaron Goldsmith" adını aldığı və atçılıq mərkəzi işlətdiyi ortaya çıxdı. Fətullahçılara yaxınlığı ilə tanınan “Tr724” adlı internet saytında Zərrabın yeni adı və işi anons edildi. Floridanın güneyində inşa edilmiş və bu ilin əvvəlində qurulmuş atçılıq mərkəzinin tanıtım xəbərində, keçmiş təlimçi olan Madlen Bendfeldtin açıqlamaları diqqət çəkir. Bendfelt, “İki ay əvvəl Almaniyada Sonata (atın adıdır) ilə birgə çalışmaq üçün Aaron Qoldsmitin yanına gəldim. Karolina Roffmanın cəhdlərinə görə çox minnətdaram”, - deyir. Xəbərdə qeyd olunur ki, “Next Level Performance Center”, yeni və inovativ təlim mərkəzidir. Soutwest Ranches və Wellingtonda yerləşir. Müəyyən sayda çapara xidmət göstərən yerin dizaynı çox üstündür. Buranın yaradıcısı və sahibi Aaron Qoldsmit çaparlara "at sürməyi sonraki səviyyəyə qaldırmaq üçün" gərəkli ləvazimatları və mühiti təmin etməyi hədəflədiklərini söylədi”, - ifadəsi yer alır.



Rza Zərrab - Aaron Qoldsmit isə 20 ildir bu işin içində olduğunu söyləyir. Onun, “20 ilə yaxındır bu sektorun içərisindəyəm və əsasən sıçrama üzərində çalışırdım, indi isə at yetişdirmə məsələsi ilə məşğul olmağa başladıq. Arxamda çox güclü komandam var”, - ifadələri durumu kifayət qədər aydınladır. Əgər Zərrab-Qoldsmitin atçılıq sahəsində 20 ilə yaxın təcrübəsi varsa, demək bu iş yeni qurulmayıb, daha əvvəl də var idi. Sadəcə, xüsusi əməliyyat çərçivəsində zərgər kimliyi ilə "bazara sürülən" Zərrab atçılıq işinə müvəqqəti fasilə verib.

Zərrabın 2016-cı ildə Mayamidə həbs edilməsinə və "pulyuma" əməliyyatında milyardlarla dolları “təmizləməkdə” ittiham olunmasına gəlincə, onun bu məsələdə ABŞ höküməti ilə əməkdaşlıq etdiyini bildirdik. Hətta Türkiyə dövlətinə bağlı “Xalqbank”ın da “pulyuma” əməliyyatlarında iştirakı haqda ifadələrindən sonra ona xoş münasibət sərgiləndiyi də bəllidir. Bu, rəsmi versiyadır. Zərrabın ifadəsi “Xalqbank”ın sabiq rəhbəri Mehmet Hakan Atillanı, İrana tətbiq edilmiş sanksiyaların pozulması da daxil olmaqla, bank fırıldaqçılığı ittihamı ilə məhkum edilməsinə də yardımçı olub.



Türkiyənin qurulan tələyə salınması üçün ABŞ-ın Zərrabı-Qoldmisiti lap əvvəldən görəvləndirməsi daha məntiqlidir, çünki dövlətlərarası məsələlərdə təsadüfə yer yoxdur. Bir zamanlar, yəhudi ailə tərəfindən uşaqlıqada İsraildəki yetimxanalardan birindən övladlığa götürülən, sonra isə Türkiyə üçün kəşfiyyat fəaliyyəti aparan türk qızının hekayəsi ilə rastlaşmışdım. Dövlətlər sonradan kimlərisə casus fəaliyyətinə cəlb etməkdənsə, bu metoda daha çox üstünlük verirlər. Rza Zərrab hekayəsi də bu qəbildən ola bilər. Hətta işin içində İran mühiti ilə bağlılıq məsələsi olmasa belə, ABŞ-ın ehtiyat bazasında müxtəlif şərq dillərində ana dili kimi ünsiyyət qurmaq qabiliyyətinə sahib olan casusların yetişdirilməsi çox böyük ehtimaldır. Hekayənin daha inandırıcı olması üçün Goldsmithin İran azərbaycanlısı olması hesayəsi də uyduruldu. Türkiyəyə yaxınlıq üçün isə tanınmış müğənni Ebru Gündeşlə evliklik də gerçəkləşdirildi, hətta digər müğənni ilə münasibətin qalmaqallı hekayəsi də inandırıcılığın dozasını artırmaq üçün dövriyyəyə buraxıldı.

Bəs, zərgər Zərrab ABŞ-a hansı məlumatları vermiş ola bilər? Bu, “Xalqbank” məhkəmə işində ortaya çıxacaq. Çünki oktyabrın 22-də ABŞ Apellyasiya Məhkəməsi “Xalqbank işi”nin gedişatını dəyişdirə biləcək qərar imzaladı. Belə ki, vəkillərin ““Xalqbank” xarici bankdır, ABŞ-da mühakimə oluna bilməz” etirazını dəyərləndirən ABŞ 2-ci Apellyasiya Məhkəməsi, bankın İrana qarşı sanksiyaları pozması ittihamının kommersiya fəaliyyəti çərçivəsində olduğuna qərar verib. Vəkillərin etirazını qiymətləndirən məhkəmə, Türkiyədəki üç əmanət bankından biri olan “Xalqbank”ın İrana Amerika sanksiyalarını pozmağa kömək etdiyi üçün mühakimə oluna biləcəyinə qərar verdi. "Reuters"in verdiyi xəbərə görə, amerikalı prokurorlar “Xalqbank”ı əvvəlcə İranın neft gəlirlərini qızıla çevirməkdə, daha sonra İranın maraqları üçün nağdlaşdırmaqda və neft gəlirlərinin bank əməliyyatları vasitəsilə köçürülməsini əsasəlandırmaq məqsədilə saxta ərzaq daşınması təşkil etməkdə ittiham ediblər. Və “Xalqbank”ın gizli şəkildə İrana 20 milyard dollar məbləğində məhdud vəsait köçürməsinə kömək etdiyini və bunun ən azı 1 milyard dollarının ABŞ maliyyə sistemi vasitəsilə yuyulduğunu bildiriblər.



“Xalqbank” Federal Xarici Suverenlik Toxunulmazlığı Qanunu ilə mühakimədən azad olduğunu və qanuna görə bankın Türkiyə ilə eyni toxunulmazlıq statusuna malik olduğunu iddia etmişdi. Amma bəlli olur ki, rəsmi Ankaranı şantajla dizə gətirib istədiyini almaq üçün küncə sıxışdırmağa çalışan Vaşinqton son qədər gedəcək. Belə ki, ABŞ-da İkinci Dairə Apellyasiya Məhkəməsi “Xalqbank”ın dövlət qurumu olması iddiası ilə bağlı verdiyi apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb. Appelyasiya Məhkəməsi 12 apreldə keçirilən məhkəmə iclasından sonra “Xalqbank”ın ictimai qurum olduğu iddiasını qiymətləndirdiklərini və bank rəhbərliyinin ABŞ-da mühakimə oluna bilməyəcəyi ilə bağlı müraciətini "Xarici Dövlətlərin Toxunulmazlığı Qanunu" əsasında rədd etdiklərini açıqlayıb. 27 səhifədən ibarət əsaslandırılmış qərarda bildirilir ki, ““Xalqbank” səhmlərinin əksəriyyəti Türkiyə Cümhuriyyətinə məxsus olsa da, banka "Müstəqil Xarici Dövlət Qanununun Toxunulmazlığı" statusu təmin edilməsinə rəğmən, ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu və Amerika maliyyə sistemindən istifadə edərək, bir milyard dollar məbləği yuduğu və bank fırıldaqçılığı ilə məşğul olduğu müəyyən edildi. Yəni “Xalqbank” tərəfindən aparılan bu qeyri-qanuni ticarət onu "Müstəqil Xarici Dövlət Toxunulmazlığı Qanunu" çərçivəsindən çıxardı. Bununla da iddia olundu ki, Amerika məhkəmələrinin “Xalqbank”ı mühakimə etmək hüququ var, alt məhkəmənin bununla bağlı əvvəlki qərarı doğrudur. Beləliklə “Xalqbank” məhkəməsi meydana çıxarılmaq ərəfəsindədir.

Sonda isə deyək ki, ABŞ-ın maliyyə fırıldağında ittiham etdiyi “Xalqbank” məsələsinin və zərgər Rza Zərrabdan atşünas Aaron Qoldsmitə çevrilən şəxsin xəbərinin eyni gündə ard-arda açıqlanması maraqlı deyilmi? Dövlətin üst qatlarındakı bir çox yüksək vəzifəli şəxslərin "qeyri-qanuni" fəaliyyətlərinin (daha çox maliyyə sahəsində) açıqlanması "Panama Papers", "Paradise Papers", son dəfə isə "Pandora Papers" adı ilə gündəmə gəldi. Amma dövlətlərin pərdəarxasında qeyri-qanuni, hətta cinayət işləri, o cümlədən müharibə cinayətləri statusunda kirli işlər törətməsi baş vermirmi? Məsələn, Obama hakimiyyəti dövründə İŞİD-in yaradılması, yaxud Rusiyanın PKK-nı yaratması, ardınca isə onu ABŞ-ın himayəyə götürməsi və Suriyada PKK-nın YPG qanadı yaratması kimi... Heç bir dövlət süddən çıxmış ağ qaşıq deyil. Amma bəlli dövlətlərin məlum cinayətləri, yaxud insanlığa zidd əməlləri törətməsinin sənədlərlə sızdırılmasının qarşısı alınır.



Rza Zərrab əməliyyatı isə əvvəldən Türkiyəni dalana sıxışdırıb, tələblərini diqtə etdirmək üçün şahid qismində casus əməliyyatına elə casus qismində qatılan Aaron Qoldsmitin uğurlu şahid hekayəsi idi. Bundan sonrakı əsas məsələ Vaşinqtonun Ankaranın qarşısında hansı tələbi qoymasıdır... Montro sazişinin ləğvi və Qara dənizin Amerikan gölünə çevrilməsimi? “Kanal İstanbul”la gerçəkləşəcək yeni İstanbul adasının Nyu-Yorka bənzər yeni maliyyə mərkəzi olmasımı, yeni Vatikan olmasımı? Yoxsa Kürdüstana razılıqmı?

Qafqaz.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.