Devalvasiya Novruzda Azərbaycana gəlib-gedən turistləri “vurdu”

16-03-2016, 20:48           
Devalvasiya Novruzda Azərbaycana gəlib-gedən turistləri “vurdu”
Son illərin bahar fəslində İrandan, Türkiyədən və digər türk dövlətlərindən Novruz bayramını qeyd etmək üçün xeyli turist Azərbaycana gəlirdi.

Azərbaycana bayramqabağı gələn turistlər daha çox regionlarda dincəlir, ölkənin qədim, tarixi yerlərinə baş çəkirdilər.

Bəs bu il necə, Novruz bayramı ərəfəsində milli valyutası devalvasiyayay uğrayan Azərbaycana İran, Türkiyə və digər qonşu ölkələrdən gəlmək istəyən turistlər olacaqmı?

İndiki iqtisadi durum Azərbaycandan Novruz günlərində xaricə səfər etmək istəyənlərə necə təsir edib?

Modern.az saytı bu sualları daxili və xarici turizm bazarına yönəlik fəaliyyət göstərən şirkətlərə ünvanlayıb.

“Victory Tour” turizm şirkətinin marketinq meneceri Sənan Şıxəliyev bildirib ki, devalvasiyadan sonra xaricdən Azərbaycana gələnlər artıb:

“Devalvasiyadan sonra Azərbaycan qonşu ölkələrin turistləri üçün daha münasib olub. İrandan, Türkiyədən və digər qonşu ölkələrdən gələnlərin sayında az da olsa artım olub. Çünki onlara qiymət dollarla verilir və konvertasiya ilə bunu Azərbaycan manatına çevirdikdə onlara sərf edir. Dollarla onlarda bu daha aşağı qiymətə başa gəldiyi üçün ötən illərlə müqayisədə daha çox maraq var. Türkiyədən, Türkmənistan, Qazaxıstandan daha çox gəlirlər. İrandan da gələnlərin sayında artım var.

Xarici ölkələrə gedənlərin sayı isə elə də çox deyil. Çünki devalvasiyadan sonra bizim yerli turstlər xaricə getməkdən imtina edir. Amma Azərbaycanda çox otellərin bayrama görə yerləri yoxdur. Çünki otellərin çoxu yerli turistlər tərəfindən sifariş edilib. Otellərin sərfəli aksiyalar keçirməsi də yerlərin əvvəlcədən tutulmasına gəritib çıxarıb. Azərbaycanda əhali istirahət etməyə daha çox üstünlük verir”.

“Air Tour” şirkətinin Ruslan adlı direktoru deyib ki, qonşu ölkələrdən bu ərəfələrdə ölkəyə gəlmək istəyənlərin sayında artım yoxdur:

“Devalvasiyadan sonra İrandan və digər qonşu ölkələrdən, Türk dövlətlərindən gələnlərin sayında o qədər də artım yoxdur. Amma ölkədən istirahətə gedənlər var. Onların sayında azalma olub. Xaricdə olan otellərin qiyməti dollarla olduğu üçün yerli turistlərə sərf etmir. Keçən illərlə müqayisədə indi xaricə getmək baha başa gəlir”.

“Geo Travel” turizm şirkətindən bildirilib ki, İrandan və qonşu ölkələrdən gələnlərin sayında artım hissi olunur:

“Türkiyə, İran və digər qonşu ölkələrdən Azərbaycana gələnlərin sayında müəyyən artım var. Amma Azərbaycandan İran və digər qonşu ölkələrə gedənlər keçən illə müqayisədə yarıbayarı azalıb. Səbəb isə odur ki, insanlar artıq devalvasiyadan sonra demək olar ki, əvvəlki kimi səyahətə üstünlük vermirlər”.

“Zarif Travel” firmasından məlumat verilib ki, biletlərin qiymətlərinin baha olması gəlmək istəyənlərin sayına mənfi təsir edir:

“Təbii ki, devalvasiydan sonra İrandan, Türkiyədən əsasən də bayramqabağı Azərbaycana gələn turistlərin sayında o qədər də artım yoxdur. Ötən illərə nisbətən Azərbaycandan da qonşu ölkələrə üz tutanların sayı azalıb. Çünki bir tərəfdən biletlərin qiymətlərinin baha olması, digər tərəfdən isə dolların qalxması insanlara pis təsir göstərdiyinə görə səyahət etmək istəyənlərin sayı azalıb”.

“World Travel” turizm şirkətinin Türkan adlı aviakassir və turmeneceri deyib ki, Novruzqabağı ölkəyə gəlmək istəyənlərin sayında artım müşahidə olunmayıb:

“İrandan, Türkiyədən gələn turistlərin sayında artım olmayıb. Yəni ötən illərlə müqayisədə Novruz bayramı öncəsi qonşu ölkələrdən gələn turistlərin sayında azalma var. Əsasən öz daimi müştərilərimiz getmək üçün müraciət edirlər. Amma bizim xəttimizlə Azərbaycandan gedən turistlərin sayında azalma o qədər də hiss olunmur. Qrup şəklində gedənlərin sayı çox azalıb. Devalvasiya səyahət etmək istəyənlərə təsirini göstərib”.

“Voyage Travel” şirtənin aviakassiri Gövhər Eldarova deyib ki, AZAL-ın bilet qiymətləri baha olduğu üçün bayram günlərində səyahət etmək istəyənlərin sayı artmayıb:

“Türkiyədən gələn turistlər var, amma ötən ilə nisbətən çox azdır. AZAL-ın biletlərin qiymətinin qaldırması, əlavə yük yerlərinin olmaması da buna təsir edir. Azərbaycandan gedənlərin sayı isə demək olar ki, çox aşağı düşüb. Devalvasiyadan sonra demək olar ki, İrana və digər qonşu ölkələr gedənlərin sayında ciddi azalma var. Amma ötən il Novruz bayramında qonşu ölkələrə gedənlər kifayət qədər idi”.

“Star Travel“ turzim şirkətinin satış agenti Gülnar Mustafayeva Novruz bayramına görə İrandan geri dönüş yerlərinin artıq tutulduğunu bildirib:

“Aviabilet satıcısı olaraq deyə bilərəm ki, İrandan Bakıya olan reyslərdə elə də yer yoxdur. Bayramqabağı sırf İrandan yer yoxdur. Azərbaycandan İrana yerlər var. Amma İrandan Azərbaycan geri dönüş AZAL-a bağlıdır. Çünki İrandan gələnlər az da olsa var. Azərbaycanda gedənlərin isə sayı qat-qat azalıb. Devalvasiya və biletləri qiymətlərinin artması da buna mənfi təsir göstərir.

“Travel and Holiday“ şirkətinin Mais adlı satış meneceri devalvasiyadan sonra bayram günlərində və digər vaxtlarda səyahət etmək istəyənlərin azaldığını deyib:

“Ümumiyyətlə, Novruz bayramı ərəfəsində İrandan, Türkiyədən v












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.