Kəşfiyyat xidmətləri ən çox bu proqramlardan məlumat götürür - “WhatsApp”, “Apple”...

2-12-2021, 17:37           
Kəşfiyyat xidmətləri ən çox bu proqramlardan məlumat götürür - “WhatsApp”, “Apple”...
ABŞ-da kəşfiyyat xidmətlərinin rolunu araşdıran araşdırmaçı jurnalist Kit Klarenberqin hazırladığı hesabatda FTB-yə ən çox məlumat göndərən proqramların "WhatsApp” və "iMessage” olduğu açıqlanıb.

Sfera.az xəbər verir ki, "Property of People” qrupunun ortaya çıxardığı gizli Federal Təhqiqat Bürosunun (FTB) sənədi "WhatsApp” və "iMessage” daxil olmaqla 9 fərqli mesajlaşma proqramının kəşfiyyat xidmətinə məlumat verdiyini ortaya çıxarıb.

Sənəd qısa, lakin şokedici təfərrüatlarla FTB-nin orderlər və çağırışlar vasitəsilə müvafiq metaməlumatları təmin etmək qabiliyyətini ortaya qoyub.

"Rolling Stone” tərəfindən əldə edilən sənəd Meta-nın, "WhatsApp”, "Apple”, "iMessage” platformalarının FTB-yə ən çox məlumat verən proqramlar olduğunu göstərir.

FTB-nin Elm və Texnologiya və Əməliyyat Texnologiyaları Bölməsi tərəfindən hazırlanan 7 yanvar 2021-ci il tarixli bu sənəddə bir sıra məşhur mesajlaşma proqramları, onlardan hansı məlumatların çıxarıla biləcəyi və tədqiqatçılar tərəfindən hansı məlumatların mühafizə oluna biləcəyi sadalanmaqdadır.

Əzizə Zeynal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru