Tam peyvənd olunmuş şəxsdə "omikron" ştammı aşkar edilib

3-12-2021, 08:11           
Tam peyvənd olunmuş şəxsdə "omikron" ştammı aşkar edilib
Yohannesburqda omikron koronavirusa yoluxmuş Yunanıstan vətəndaşı COVID-19-a qarşı tam peyvənd olunmuşdur.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, Səhiyyə naziri Thanos Pleuris və EODY Milli İctimai Səhiyyə Təşkilatının rəhbəri Teoklis Zautis ölkədə ilk dəfə omiron ştammına yoluxma halının aşkar edildiyini təsdiqləyib. Noyabrın 26-da Cənubi Afrikadan Kritə gələn 60 yaşlı iş adamı hazırda karantindədir.

Onun hava limanında verdiyi ekspress testin mənfi olduğu bildirilir. Ancaq ertəsi gün yüngül simptomlar müşahidə olunmağa başlayıb. Gündəlik ekspress testlər verən şəxsdə noyabrın 29-da cavab müsbət çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru