"Omikron”a qarşı vaksinlərin effektivliyi üçün vaxt lazımdır - ÜST

4-12-2021, 09:45           
"Omikron”a qarşı vaksinlərin effektivliyi üçün vaxt lazımdır - ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun “omikron” ştamından ölənlərlə bağlı məlumatı yoxdur.

“Report” xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Kristian Lindmayer Cenevrədə keçirdiyi mətbuat konfransında “Anadolu” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.

Lindmayer bildirib ki, “omikron”un yoluxuculuğu, həmçinin koronavirusun bu xüsusi ştammı ilə yoluxduqdan sonra xəstəliyin mümkün vəziyyəti ilə bağlı araşdırmalar davam edir.

Təşkilatın sözçüsü “Moderna” və “BioNTech-Pfizer”-in “omikron”a qarşı yeni peyvənd haqqında” açıqlamalarını da şərh edib. “ÜST peyvənd istehsalçılarına mövcud peyvəndi əvəz etmək də daxil olmaqla, vaksini vaxtından əvvəl hazırlamağı inadla tövsiyə edir”, - o deyib.

"Bu, həyəcan zənglərini gözləməkdən daha yaxşıdır", - Lindmayer qeyd edib.

Onun sözlərinə görə, hazırkı mərhələdə “Omikron”a qarşı mövcud vaksinlərin effektivliyi üçün vaxt lazımdır.

“Məlumatları toplayıb təhlil etdikdən sonra hər şey öz yoluna düşəcək”, - ÜST rəsmisi əminliyini ifadə edib.

“Omikron” vəziyyətinin tam təhlili vaxt aparacaq”, - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru