Andrey İsayev: “Digər ştamlara görə hazırlanan anticisimlər Omicronu bloklaya bilməz”

5-12-2021, 11:17           
Andrey İsayev:
"Koronavirusun Delta ştamı ilə yoluxduqdan sonra yaranan anticisimlər Omicron infeksiyasından qoruya bilməz və yaxud əksinə".

Teref.az APA-ya istinadən bildirir ki, bu fikri Molekulyar-genetik tədqiqatlar elmi mərkəzinin təsisçisi və baş direktoru Andrey İsayev deyib.

Mütəxəssisin sözlərinə görə, çox sayda mutasiya o deməkdir ki, bu ştamın virusunun virionu struktur olaraq koronavirusun digər ştammlarının virionlarından fərqlənir: "Onların müxtəlif zülalları var. Buna görə də əvvəlki ştamlara yoluxan və ya peyvənd olunmuş şəxslərə görə hazırlanan anticisimlər Omicronu bloklaya bilməz. Yəni Omicron və digər ştamlar arasında çarpaz immunitet yaranmayacaq. Müvafiq olaraq, Omicrona yoluxduqdan sonra yaranacaq anticisimlər Deltaya qarşı müdafiə sistemi qura bilməyəcək və yaxud da əksinə".

A.İsayev əlavə edib ki, Omikron mutasiyalarının çoxluğuna görə onun gələcəkdə necə olacağını proqnozlaşdırmaq çətindir, çünki bu fenomen tamamilə yenidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru