The New York Times: Kəşviyyat “Havana sindromunun” sirrinə cavab tapa bilmir

6-12-2021, 07:01           
The New York Times:
Mərkəzi kəşviyyat bürosu və ABŞ hökumətinin alimləri aylardır ki, kəşfiyyat rəsmiləri və diplomatların bildirdiyi sağlamlıq problemlərinin izahını tapmağa çalışırlar. Lakin "Havana sindromu" adlanan simptomlar bir il əvvəl olduğu kimi müəmmalı olaraq qalır.. The New York Times.

ABŞ kəşfiyyat rəsmiləri xarici casusluq xidmətlərinin bu fenomendə iştirakı ilə bağlı güclü dəlil tapmayıblar. Buna baxmayaraq, bəzi ABŞ rəsmiləri Rusiyanın müdaxiləsindən əmin olduqlarını deyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns noyabrda Moskvaya səfəri zamanı xəbərdarlıq etmişdi ki, əgər kəşfiyyat agentlikləri Amerika diplomatlarının “Havana sindromu”na görə məsuliyyət daşısa, Rusiya bunun əks-sədası ilə üzləşə bilər.

Bir sıra ekspertlər simptomların - xroniki baş ağrısı, başgicəllənmə, ürəkbulanma, kəllədaxili təzyiq və hərarətin stressə bir növ psixosomatik reaksiya olduğunu bildirirlər. Lakin bu fərziyyə zərərçəkmişlər və rəsmilər tərəfindən rədd edilir. Ağ Ev rəsmiləri Havana sindromunun əlamətlərinin real olduğunu dəfələrlə bəyan ediblər.

virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.