Sahildə insan skeleti tapıldı - Alimlər araşdırmaya başladı

6-12-2021, 12:27           
Sahildə insan skeleti tapıldı - Alimlər araşdırmaya başladı
İtaliyada sahildə təxminən 2 min il yaşı olan insan skeleti tapılıb.

Metbuat.az xəbər verir ki, alimlər hesab edirlər ki, bu skelet sonuncu Vezuvi vulkanının püskürməsi zamanı faciəvi şəkildə həlak olanlardan birinə məxsusdr. Bu barədə "Herkulaneum Arxeoloji Park"ı məlumat yayıb. "Herculaneum" vulkanın qərbində yerləşən kiçik bir kurort şəhəri idi. Vezuvi dağı bu şəhəri qalın pemza və kül təbəqəsi altında basdırıb. Təxminən iki min il əvvəl baş vermiş fəlakət qurbanlarının skeletləri hələ də tapılır. Bunun səbəbi, insanın sümük toxumalarının vulkanik kül, pemza və piroklastik materialın qalın təbəqəsi altında karbonlaşmasıdır. Lakin daxili orqanlar və yumşaq toxumalar yüksək temperaturda praktiki olaraq buxarlanmışdır. Ona görə də mumiyalanmış orqanlar yox, sümüklər tapılır.

Alimlər yeni tapılan skeletin ölüm zamanı 40-45 yaşlı kişiyə aid olduğunu qeyd ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru