Müəllimlər vaksinin dördüncü dozasının vurulmasına məcbur edilir? - AÇIQLAMA

6-12-2021, 18:28           
Müəllimlər vaksinin dördüncü dozasının vurulmasına məcbur edilir? - AÇIQLAMA
Bakının Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində çalışan işçilər vaksinin dördüncü dozasının vurulmasına məcbur edilir.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, buna səbəb Azərbaycanda “Omikron” ştammının yayılmasıdır.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, COVID-19 infeksiyası ilə bağlı peyvəndin dördüncü dozasının vurulması barədə təhsil müəssisələrinə göstəriş verilməyib:

“Peyvəndin vurulması könüllülük prinsipi əsasında həyata keçirilir”.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycanda “Omikron” ştammı qeydə alınmayıb.

Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev 90 mindən artıq təhsil işçisinin 3-cü doza vaksin vurdurduğunu açıqlamışdı.

İlhamə Əbülfət












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.