İnsan ömrünü artıran vitamin aşkarlandı

9-12-2021, 07:17           
İnsan ömrünü artıran vitamin aşkarlandı
D vitamin orqanizmdə baş verən bir çox proseslərdə aktiv iştirak edir. Mütəxəssislərin fikrinə görə, bu vitaminin orqanizmdə normal səviyyədə olması hətta insanın həyatını uzada bilir.
Əksinə isə D vitamininin defisiti ölüm riskini artırır. Bu xüsusilə şəkərli diabet və xroniki xəstəlikləri olan insanlara aiddir.

Saglamolun.az Focus.de-yə istinadla bildirir ki, alimlər 1991-2011-ci illər arasında 80 minə yaxın insanın sağlamlıq və həyat tərzinə nəzarət edirdilər. Nəticədə məlum olub ki, qanda D vitamininin kəskin defisiti (10 nmol/l-dan aşağı) ölüm riskini 2-3 dəfə artırır. Əksinə isə D vitamininin 50-90 nmol/l səviyyədə olması ölüm riskini 30-40% azaldır.

Qanda D vitamininin səviyyəsi 50 nmol/l-dan aşağı olan şəkərli diabet xəstələrində qanda D vitamininin normada olan xəstələrlə müqayisədə ölüm riski 4,4 dəfə artmış olur.

D vitaminin defisitinin simptomları:

- İmmunitetin zəifləməsi, orqanizmin infeksiyalara qarşı davamlılığının azalması

- Əhvalın düşməsi, depressiya

- Əzələ və oynaqlarda ağrılar

- Dırnaqların kövrək olması, qırılması

- Səbəbsiz yorğunluq

D vitaminin əsas mənbəyi gün şüalarıdır. Bu vitamin dərimizdə gün şüalarının təsirindən sintez olunur. D vitamininin günlük dozasını almaq üçün 15-20 dəqiqə ərzində gün şüalarını qəbul etmək kifayətdir.

D vitamininin kəskin defisiti zamanı vitamin həkim tərəfindən əlavə olaraq təyin oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru