“Omikron”un ilk görüntüsü dərc olunub - FOTO

9-12-2021, 08:05           
“Omikron”un ilk görüntüsü dərc olunub - FOTO
Koronavirusun “Omikron” variantının elektron mikroskopdan istifadə etməklə əldə edilən şəkli yayımlanıb.

Görüntüləri Honkonq Universitetinin patoloqları və virusoloqları SARS-CoV-2-nin “Omikron” variantına yoluxdurulmuş meymun böyrək hüceyrəsindən (Vero E6) əldə ediblər.

Bundan əvvəl məlum olmuşdu ki, Honkonq Universitetinin Mikrobiologiya departamentinin tədqiqatçıları klinik nümunələrdən “omikronu” təcrid etməyə nail olublar. Bu isə yeni ştama qarşı vaksinlərin işlənib hazırlanmasına və istehsalına imkan verəcək.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru