“Omikron” qlobal iqtisadiyyatın bərpasını ləngidəcək - ÜTT

9-12-2021, 08:02           
“Omikron” qlobal iqtisadiyyatın bərpasını ləngidəcək - ÜTT
Koronavirusun "omikron" ştamı peyvəndlərin qeyri-bərabər paylanılması fonunda qlobal iqtisadiyyatın bərpasını ləngidəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala bildirib.

ÜTT rəhbəri qeyd edib ki, "omikron" ştamının yayılması səbəblərindən biri peyvəndlərin dünya ölkələrinə bərabər səviyyədə paylanılmamasıdır.

"Əgər biz bu problemi həll etmək üçün çoxlu səy göstərməsək, son nəticədə dünyada davamlı iqtisadi canlanma üçün həqiqətən də böyük risk yaranacaq, çətinliklərlə üzləşməyə davam edəcəyik", - Okonjo-İveala əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru