Həbsdə olan jurnalistlərin sayı rekord həddə çatdı

9-12-2021, 15:32           
Həbsdə olan jurnalistlərin sayı rekord həddə çatdı
Dünyada həbsdə olan jurnalistlərin sayı rekord həddə çatıb.

Sfera.az bildirir ki, Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) illik hesabatında, 2021-ci ildə peşə fəaliyyətlərinə görə həbs olunan jurnalistlərin sayının 293-ə çatdığı açıqlanıb. Komitə son 6 ildə həbsdə olan jurnalistlərin sayının artdığını qeyd edib.

Məlumata görə, Çində 50, Myanmada 26 , Misirdə 25, Vyetnamda 23, Belarusda 19 jurnalist dəmir barmaqlıqlar arxasına salınıb. Siyahıda, həmçinin Səudiyyə Ərəbistanı, İran, Türkiyə, Rusiya, Efiopiya kimi ölkələr də yer alıb. Bu rəqəmin 2020-ci ildə 280 olduğu bildirilib.

Myanma və Efiopiyada vəziyyətin dəhşətli olduğunu vurğulayan komitənin direktoru Coel Simon "Vəzifəsi xəbər hazırlamaq olan jurnalistlərin həbsə atılması avtoritar rejimlərin fərqli xüsusiyyətidir”, deyə söyləyib.

Qurum 2021-ci ildə ümumilikdə 24 jurnalistin qətlə yetirildiyini də qeyd edib. Bildirilib ki, onlardan 19-u məhz vəzifəsini yerinə yetirərkən öldürülüb.
"Meksika jurnalist ölümlərində birinci yerdədir" deyən Simon, sözügedən ölkədəki 6 jurnalistin qətli ilə bağlı araşdırmaların davam etdiyini əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru