İran-Ermənistan sərhədinin hər iki tərəfində yarmarka yaradılır – “Norduz İranın Avrasiya İttifaqına çıxış qapısı kimi tanınır”

21-01-2022, 16:25           
İran-Ermənistan sərhədinin hər iki tərəfində yarmarka yaradılır –
İranla Ermənistanı birləşdirən Norduz sərhəd-keçid məntəqəsinin hər iki tərəfində yarmarka yaradılır.

Qafqaz.media "Azad İran" Telegram kanlına istinadən xəbər verir ki, bu barədə “Araz” Azad İqtisadi Zona Təşkilatının İdarə Heyətinin üzvü Qulamhüseyn Kərimi bildirib. O, “tahlilbazaar” saytına açıqlamasında “Araz” Azad İqtisadi Zonanın Avrasiya bazarına çıxış əldə etməkdə roluna toxunaraq deyib: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin bazarına çıxış İrana beynəlxalq bazarlarda rol oynamaq üçün əlverişli imkan yaradıb ki, bu arada “Araz” Azad Ticarət-Sənaye Zonasının əhəmiyyəti onun ərazisində Norduz sərhəd-keçid məntəqəsinin yerləşməsinə görə göz qabağındadır. Norduz sərhəd-keçid məntəqəsi Avrasiya İttifaqı ölkələrindən biri olan Ermənistanla İran arasında yeganə quru sərhəddir, İranın Avrasiya İttifaqına çıxış qapısı kimi tanınır və İranın Avrasiya İttifaqına üzv ölkələrlə başqa quru sərhədi yoxdur”.

Qeyd edək ki, İran hakimiyyəti son illərdə Ermənistan hökuməti ilə hərtərəfli əlaqələrini möhkəmləndirməyə can atır. Bu qarşılıqlı münasibətlərə əsasən, siyasi, ictimai, iqtisadi, idman və daha bir çox sahələrdəki əlaqələri misal göstərmək olar. Bir müddət öncə İslam Şurası Məclisinin iranlı və erməni əsilli üzvlərinin İrəvana 5 günlük səfəri də iki ölkə əlaqələrinin düşündürücü bir şəkildə genişləndiyini, habelə onların işğalçı Ermənistanla yeni sahələrdə də əməkdaşlığın qurulmasının əhəmiyyətini vurğulamaları bir daha bu xəbis niyyətdən xəbər verir.

Son vaxtlarda İranın kənd təsərrüfatı məhsullarının tərkibində zəhərli maddələrin aşkarlanmas səbəbindən bir sıra ölkələr tərərfindən geri qaytarılması amili də İranın Ermənistana satış bazarı gözü ilə baxmasına rəvac verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.