Zakir Fərəcovun olduğu deyilən restoranın icarədarı həbs edildi

25-01-2022, 14:54           
Zakir Fərəcovun olduğu deyilən restoranın icarədarı həbs edildi
Sumqayıt şəhərindəki məşhur "Kalyon" restoranında qanunsuz keçirilən toya görə məsul şəxs həbs edilib.

Teref.Az "Qafqazinfo"ya istinadən bildirir ki, yanvarın 23-dən şəhərin Sahil küçəsində yerləşən "Kalyon" restoranında portalda qeydiyyatdan keçmədən toy məclisi təşkil olunub.

Polisi keçirdiyi reyd zamanı bu fakt aşkarlanıb və restoranın icarədarı, 1984-cü il təvəllüdlü Çaylar İsmayılov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanan işə məhkəmədə baxılıb. Hakimin qərarı ilə Ç.İsmayılov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, daha öncə mediada gedən məlumatlarda "Kalyon" restoranının Sumqayıtın icra başçısı Zakir Fərəcova aid olduğu qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru