Göz xəstəliyi olanlara XƏBƏRDARLIQ: “Omikron”un risk qrupundadırlar

26-01-2022, 09:32           
Göz xəstəliyi olanlara XƏBƏRDARLIQ:
Müəyyən göz xəstəlikləri olan şəxslər “Omikron”a daha həssas olan insanların kateqoriyasına daxildir.

Bu barədə rusiyalı oftalmoloq, tibb elmləri doktoru, Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin eksperti Tatyana Şilova xəbərdarlıq edib.

“Əvvəla, bu, görmə orqanının qişasının bütövlüyünün pozulduğu xəstəliklərə aiddir, yəni quru göz sindromu, allergik təzahürlər, iltihab, konjonktivit və keratit (gözün buynuz qişasının iltihabı)”, - deyə o, izah edib.

Onun sözlərinə görə, selikli qişası artıq hansısa dağıdıcı proses nəticəsində zədələnmiş şəxslər risk qrupuna daxildir.

“Bu zaman hər hansı bir yoluxucu agentin, o cümlədən koronavirusun içəri daxil olma ehtimalı daha yüksəkdir”, - deyə Şilova əlavə edib.

Oftalmoloq həmçinin qeyd edib ki, digər ştamlarla müqayisədə “Omikron” göz xəstəliyi olanlar üçün daha çox yoluxma riski daşıyır.

“Bununla belə, “Omikron”un görmə orqanından nüfuz etməyi asanlaşdıran heç bir xüsusi mexanizm yoxdur. Ştammın bu xüsusiyyəti daha yüksək səviyyəli yoluxuculuğu ilə əlaqələndirilir”, - deyə həkim sözlərini yekunlaşdırıb.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru