Yoluxma minimuma enib, bəs rejim niyə ləğv edilmir? - Azərbaycanda sərt karantin müəmması

31-03-2022, 09:56           
Yoluxma minimuma enib, bəs rejim niyə ləğv edilmir? -
Ölkəmizdə bir neçə həftədir ki, koronavirusa yoluxanların sayı ikirəqəmli həddə düşüb. Artıq əvvəlki kimi koronavirus pandemiyası qorxu və stressə də səbəb olmur. Buna baxmayaraq, sərt karantin şərtləri qalmaqda davam edir. Hətta bəzi ölkələrdə açıq havada maskadan istifadə də ləğv olunduğu halda, ölkəmizdə karantin rejiminin yumşaldılmaması sual doğurur. Teref.az-ın məlumatına görə, mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, dünyanın bir sıra ölkələrində karantin rejimi artıq aradan qaldırılır. Bu fonda ölkəmizdə də sərt karantini ləğv etmək olar:

“Demək olar ki, artıq koronavirus pandemiyasına yoluxanlara rast gəlinmir. Yoluxma sayı da kifayət qədər aşağı səviyyədədir. Sadəcə karantin rejiminin ləğv edilməməsinin səbəbi naməlumdur. Bu, Operativ Qərargahda oturanların gəldiyi qənaətə əsasən verilən qərardır. Bütün hallarda, Azərbaycanda sərt karantin qaydalarını aradan götürmək olar. Çünki karantinin uzadılmasına səbəb olacaq ciddi səbəb qalmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.