Zakir Fərəcovun yaxın qohumu icra başçısı olmaq şansını itirdi (TƏFSİLAT)

19-04-2016, 09:41           
Zakir Fərəcovun yaxın qohumu icra başçısı olmaq şansını itirdi (TƏFSİLAT)
Zakir Fərəcovun yaxın qohumu icra başçısı olmaq şansını itirdi (TƏFSİLAT)
Prezidentin sərəncamı ilə Akif Səlimovun Laçın Rayon İcra Hakimiyyəti (RİH) başçısı vəzifəsindən azad olunmasından sonra bu post müvəqqəti olaraq Yeni Azərbaycan Partiyasınını (YAP) Laçın rayon təşkilatının sədri Aqil Nəzərliyə tapşırıldı.
İndiyədək Laçın RİH başçısının müavini vəzifəsində çalışan Aqil Nəzərli Sumqayıtın icra başçısı Zakir Fərəcovun yaxın qohumudur. İcra başçısı vəzifəsinə rəsmən təsdiq olunmasa da Aqil Nəzərli artıq özünü rayonun “ağası” kimi apardığı iddia olunur. Medianın yaydığı xəbərlərdə deylir ki, Nəzərli Laçın İcra Hakimiyyətində elə icra başçısının otağında oturaraq, hamıya göstəriş verməklə məşğuldur.
Həmçinin bildirilir ki, Aqil Nəzərli gün boyu kabinetində oturaraq, ancaq AzTV-ni izləyir. Səbəb də budur ki, prezidentin onunla bağlı sərəncam verəcəyini gözləyir:
“Laçın icra başçısının səlahiyyətlərini icra edən sözügedən şəxs indidən kimləri işdən çıxaracağını da müəyyənləşdirib. Belə ki, o, ətrafına söz verib ki, icra başçısı təyin olunan kimi, ümumi şöbənin müdiri Eldəniz Qasımovu, birinci müavin Tofiq Mirzəyevi, təhsil şöbəsinin müdiri Malik Vəliyevi və Akif Səlimovun sürücüsü Şahin Xəlilovu işdən çıxaracaq”.

Məlumatlarda həmçinin qeyd olunub ki, Aqil Nəzərli bir sıra idarə müdürlərini yığaraq ona başçı olmaq yolunda maddi kömək etmələrini açıq şəkildə bəyan edib. O bunu başçı olması üçün yuxarılara verəcəyi ilə əlaqələndirir. Hansısa idarə müdirləri bu “köməkliyi” gələcək başçıdan əsirgəsə, Aqil Nəzərli başçı olacağı təqdirdə onları vəzifələrindən uzaqlaşdıracağına əmin edib.
Bu arada AzToday.az-a daxil olan məlumata görə, Prezident İlham Əliyev Laçının icra başçısı vəzifəsinə Zakir Fərəcovun yaxın qohuçu olan Aqil Nəzərlini layiq görmədiyindən bu posta təyinat gecikir. Belə ki, Akif Səlimovun dövründə Laçında əsas söz sahiblərindən biri olan Aqil Nəzərlinin indiyə qədər icra başçısının müavini, YAP-ın rayon təşkilatının sədri kimi fəaliyyəti ilə bağlı aparılan araşdırmalar onun karyerasının qaranlıq səhifələrini ortaya çıxarıb. Məlumatda iddia olunur ki, vəzifədə işlədiyi qısa müddət əzrində xeyli varlanan Aqil Nəzərlinin Bakıda və Sumqayıtda biznes obyektlərinə sahiblənib. Həmçinin, Ağcabədi rayonunda fermer təsərrüfatı açıb. Buna görə, Laçının icra başçısı vəzifəsinə Akif Səlimov kimi biznesmen-məmurun təyin olunmasına yuxarı dairələr razılıq vermir. zakir Fərəcovun bütün çabalarına rəğmən, Aqil Nəzərlinin icra başçısı vəzifəsinə təyinatının baş tutmayacaı da bizə çatan məlumatlar sırasındadır.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.