“Atam qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz” - tanınmış jurnalist

27-05-2022, 15:57           
“Atam qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz” -
“İyirmi ilə yaxındır ki, jurnalist faliyyəti ilə məşğul oluram, hər kəsin bildiyi kimi bəzi vəzifələrdə çalışmışam. Bu müddət ərzində Cənab Prezidentin siyasətini dəstəkləyib dövlət maraqlarını üstün tutmuşam. Amma 2015-ci ildən bu günə qədər davam edən kabusum bitmək bilmir heç cür. Rəsmi şəkildə əsir düşmüşəm, elə bil...” Teref.az-ın pravda.az-a istinadən xəbərinə görə, bunu tanınmış jurnalist Sevinc Qədirova bildirib.

S.Qədirova qeyd edib ki, bir qızın başına gətirə biləcəkləri ən pis oyunları başına gətirməkdə davam edirlər hələ də: “Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq. Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar ya ölkəni tərk et, ya da intihar et. Atam qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Güvəndiyim dövlət var, dövlətin vəzifəli şəxsləri var. Hüquq-Muhafizə orqanları var. Şər və böhtanlarınızdan intihar həddinin bir addımlığındayam artıq...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru