“Türk ulduzları”ndan “narahat olan” bakılılar…
31-05-2022, 13:09
![“Türk ulduzları”ndan “narahat olan” bakılılar…](/uploads/posts/2022-05/1653984549_1.jpg)
Bakıda bir neçə gün davam edən “Teknofest” tədbirləri çərçivəsində “Türk ulduzları”nın, hərbi təyyarələrin şəhər səmasında uçuşlarını izlədik, ürəkdən sevindik, səmadan verilən mesajları “oxumağa” çalışdıq. Amma sosial şəbəkələrdə bəzi insanların təyyarələrin səsindən şikayətləndiklərini də gördüm.
Teref.az yazdığına görə,sozcu.az xəbər verir ki. bu barədə yazan iqtisadçı ekspert Natiq Cəfərli araşdırma apardığını, o “narazıların” profillərinə baxdığını bildirib.
“Bəzilərin profillərinə baxdım, eyni adamların 44 günlük müharibəyə də skeptik yanaşmalarını görmüşdüm. Qəribəsi budur ki, eyni adamlar bu gün Ukraynanın apardığı haqq savaşını ürəkdən dəstəkləyirlər. Həmin adamlar oradakı müharibəyə azarkeşlik edirlər, Ukraynaya qələbə arzulayırlar, Qərbin verdiyi silahların fotolarını paylaşıb sevinirlər. Deməli, məsələ ideoloji deyil, heç pasifizm deyil – əgər elə olsaydı, istənilən müharibəyə, istənilən silah növünə etiraz görərdik, ən azı, məntiq bunu deyir.
“Türk ulduzları”nın, qardaş ölkənin uçaqlarının, pilotlarının Bakıda olması, səmada yüksək səslə uçması həm də mesajdır – indiki qarışıq dünyada, şimal qonşumuzun aqressivliyinin pik həddə çatması zamanı hamıya güclü ismarışdır ki, Türkiyə burdadır: Türkiyə isə həm də NATO ölkəsidir. Uçaqların səmamızda böyük məharətlə çizdiyi fiqurlar, obrazlı desək, Kremlin pəncərəsindən də görünürdü, əsas məsələ də budur. Tək elə bu mesajlara görə qısa zaman, gündə cəmi 1 saat uçan hərbi təyyarələrin səsinə etiraz, şikayət etmək məntiqsizlik idi”, – N.Cəfərli vurğulayıb.