Ukrayna mediası azərbaycanəsilli zabitin qəhrəmanlıqlarından yazdı

6-06-2022, 11:18           
Ukrayna mediası azərbaycanəsilli zabitin qəhrəmanlıqlarından yazdı
Ukrayna mediası ordunun azərbaycan əsilli zabiti Kiril Ağasıyevin qəhrəmanlığı barədə yazıb. AzVision.az xəbər verir ki, məqalədə peşəkar hərbçinin 100 günə yaxındır ki, inanılmaz döyüş bacarığı nümayiş etdirdiyi qeyd edilir.
"Bu qəhrəman hərbçi rus işğalçılarına qarşı vətənimiz uğrunda ağır döyüşlərə qatılaraq saysız və böyük xidmətlər göstərib. Ağasıyev göstərdiyi şücaətə görə hətta "Ukrayna Qəhrəmanı" medalını da alıb. O, Ukrayna Silahlı Qüvvələrinin baş leytenantıdır və 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri kimi fəaliyyət göstərir. Cəsur zabit ölkəmizin fevralın 24-də Rusiyanın başlatdığı müharibədən sözün həqiqi mənasında üzüağ çıxmasına kömək edir. Baş leytenant Ağasıyevin qrupu Xarkov vilayətinin Malaya Roqan kəndi yaxınlığındakı ərazidə kəşfiyyat apararkən işğalçıların texnikasını və canlı qüvvəsini aşkar edərək məhv edib. Bunun sayəsində düşmənin mövqeləri üzə çıxıb. Məhz həmin kəşfiyyat əməliyyatından sonra məlum mövqelər artilleriya atəşi ilə məhv edilib", - saytlar yazıb.

Qeyd edək ki, mayın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli hərbçinin təltif olunması barədə sərəncam imzalamışdı. Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.

Xatırladaq ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərbaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.