Qorxular gerçəkləşir! Alimlər apokalipsis üçün hazırlıqlara başladılar- FOTO
6-06-2022, 12:25
Dünyanın hər yerindən elm adamları mümkün qlobal fəlakətə qarşı qollarını çırmadılar. Alimlərin yeni araşdırmasında, ola biləcək bir fəlakət zamanı sığınacaqların harada qurulması lazım olduğuna dair təfərrüatlar yer alıb.
Çox xatırlanmasa da, elmi ictimaiyyət baş verə biləcək qlobal fəlakətə hazırlıqlarını sürətləndirib. Independent Turkish xəbərinə görə, iki elm adamı dərc etdikləri yeni məqalələrində insanların qlobal fəlakətlər qarşısında necə sağ qala biləcəyini müzakirə ediblər. Covid-19 epidemiyasını təsvir edən məqalədə qlobal fəlakətlər qarşısında tikiləcək təhlükəsiz sığınacaqların təcrid olunmuş və ya ekzotik yerlərdə olmasına ehtiyac olmadığı qənaətinə gəlinib. Ölümcül pandemiya və ya digər qlobal fəlakət zamanı bəşəriyyəti xilas etmək təklifləri çox vaxt təcrid olunmuş ərazilərdə sığınacaqların tikintisini nəzərdə tutur. İstər tədqiqat, istərsə də elmi fantastika əsərlərində belə bunkerlər yeraltı, sualtı, kosmosda və ya ucqar adada təsvir edilir.ictimirey