Nərminin ölümü ilə bağlı hər məhkəmə prosesi davam etdikcə bu işdəki qaranlıqlar daha da dərinləşir.

8-06-2022, 17:22           
Nərminin ölümü ilə bağlı hər məhkəmə prosesi davam etdikcə bu işdəki qaranlıqlar daha da dərinləşir.
Çox ağır, müəmmalı və dəhşətli bir hadisədir, adam ağlına sığışdıra bilmir ki, bir körpə uşağın öldürülməsi cinayəti niyə bu qədər dolaşıq düşüb...
Jurnalist Aytən Məmmədova yazır:
Tovuzda azyaşlı Nərminin oğurlanıb öldürülməsiylə bağlı hər məhkəmə prosesi davam etdikcə bu işdəki qaranlıqlar daha da dərinləşir.
Təsəvvür edin, İlkinə məxsus isti alt paltarında Nərminin paltarına aid lif tapılması haqda ekspertiza rəy verib. Məhkəmədə məlum oldu ki, o paltarı İlkin tutulandan sonra qardaşı bazardan alıb aparıb, polis şöbəsinə yeməklə birlikdə təhvil verib. Bunu satıcı da məhkəmədə təsdiqlədi. Yeni geyimin üstünə Nərminin paltarının lifi necə gedib düşüb?
Nərminin axırıncı dəfə evdən çıxıb, gödəkçə apardığı əmisi yanmış meyit tapılmamışdan iki gün əvvəl kənd sakinlərindən birinin evinə gəlib, xəbərdarlıq edib ki, onların qapısına Nərminin paltarını, ayaqqabısını, özünü gətirib ata bilərlər, ayıq-sayıq olsunlar. Bunu həmin kənd sakini məhkəmədə açıqladı: "Bilmədim ki, niyə belə deyir..."
Bu məhkəmədəki dindirmələr bir yalanı da üzə çıxardı. Məlum oldu ki, uşaq itkin olduğu dövrdə kənddə İlkin və əmisigildən başqa hamının evində axtarış aparılması haqda deyilənlər yalandır. Nə qədər kənd sakini ifadəsində bildirdi ki, onların da evində axtarış olmayıb.
Uşağın 47 gün ərzində saxlandığı iddia olunan otaqla bağlı da məhkəmədə dindirmə oldu. Dindirilən şahid deyir ki, o müddətdə həmin otaqda olub, orada toya getmək üçün geyimini dəyişib. Bunu görən başqa bir dostu da var. Həmin vaxt o otaqda nə Nərmin olub, nə də bir başqası...
Bunlar bu işdəki ziddiyyətlərin çox az hissəsidir...
Gündüz Ağazadə
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.