Yetkinlik yaşınız bitib, ancaq yenə də sızanaqlar sizi tərk etmir? - Hər kəs bu 13 səbəbi bilməlidir!

12-06-2022, 08:09           
Yetkinlik yaşınız bitib, ancaq yenə də sızanaqlar sizi tərk etmir? -
Bəs, problemin səbəbi nədir və onun öhdəsindən necə gəlmək olar?

Ətraflı

Yetkinlik dövrü arxada qalıb, amma sızanaqlar üzə çıxmaqda davam edir, sanki 16 yaşınız var.

Dəri səpkilərini müalicə etmək kifayət qədər mürəkkəbdir, çünki onların meydana çıxmasına çoxsaylı amillər təsir edir. Üzümüzün birdəfəlik və həmişəlik təmiz olmasına nail olmaq üçün konkret olaraq hər birimizin dəri problemlərinin nədən yaranmasını bilməliyik.

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşrində dərc edilən məqalədə ətraflı söhbət açılıb.

Ümumiyyətlə, nədən sifətimizdə iltihablar meydana çıxır?

Sızanaqlar əsasən hormonların artması və dəri piyinin artıq ifraz olunmasından yaranır. Mahiyyətcə, hormonlar piyin işlənib hazırlanmasını artırır, bu da tük follikullarını doldurur və Propionibacterium acnes deyilən bakteriyaların inkişafına səbəb olur.

Dəri hamıda müxtəlifdir, sızanaqların (akne) yaranmasına gətirib çıxaran hormonlara bədənimizin reaksiyasında genetikanın böyük rolu var.
İltihabı törədən bütün amilləri müəyyən etmək son dərəcə çətindir, ona görə də kəskinləşmə baş verəndə dermatoloqa getməyi təxirə salmayın. Əlavə olaraq sızanaqların yaranmasının geniş yayılan 13 səbəbi problemdən baş çıxarmağa kömək edəcək.

1. Qoruyucu maskalardan istifadə edilməsi

Əgər ən çox səpki çənənizdə və yanaqlarınızda əmələ gəlirsə, mümkündür ki, bunun günahı qoruyucu maskalardır. Maskanın altında yığılan tər, piy, bakteriyalar və rütubət sızanaqların yaranması üçün ideal qidalı mühitdir. Əgər ictimai yerlərdə maska gəzdirməkdə davam edirsinizsə, ənənəvi mavi modeli nəfəs alan parçadan tikilən modelə dəyişin və bir neçə ehtiyat nümunələriniz də olsun ki, həmişə hazır təmiz maskanız olsun. Gündə mütləq iki dəfə yuyunun ki, maskanın altında toplanan çirki kənar edəsiniz, çalışın dərinizə ağır tonal rənglər çəkməyin, onlar maskasız da dərinin məsamələrini qapada bilər.

2. İş heç də aknedə deyil

Bəzən müalicə etməyə çalışdığınız sızanaqlar texniki sızanaq deyil, bu da vəziyyəti daha da pisləşdirir. Bu da müalicə metodlarının nəticə verməməsini və ya vəziyyəti daha da pisləşdirməsinini izah edir. Məsələn, əgər səpkilər tüklərin inkişafı boyunca, alında, sinədə və ya kürəkdə əmələ gəlirsə və eyni ölçülü balaca qaşınan qırmızı qabarcıq kimi görünürsə, mümkündür ki, sizdə Malassezia folliculitis adlanan göbələk sızanaqlarıdır. Bu, tük follikullarının infeksiyasıdır və müalicədə başqa yanaşma tələb edir.
Ciddi hallarda dermatoloqun qəbuluna yazılmaq lazımdir, yüngül səpkilərdə isə tərkibində sink-pirition və ya selen-sulfid olan adi kəpəyə qarşı şampundan istifadə etmək olar. Məhsulu nöqtəvi olaraq çəkin, 10 dəqiqə gözləyin və yuyun. Göbələk sızanaqları tər hesabına, sürtünmələrdən və ya dəri piyinin artıq olmasından çoxaldığından tərli paltarı yaxşıca yuyun və hər gün duş qəbul edin.

3. Rasion

Xəbəriniz varmı ki, pomidorun və bibərin tərkibində turş likopin var, bu, geniş yayılan qıcıqlandırıcıdır, dərinin pH-nı azaldır və ağız boşluğunun ətrafında sızanaq yarada bilər?
Bundan başqa, bəzi adamlar süd məhsullarının istifadəsinə həssasdır. Mədə-bağırsağınızda nə baş verdiyini öyrənmək üçün həkim-qastroenteroloqa müraciət etmək lazımdır.

4. Çirkli sifət və ya balışüzü

Gün ərzində dəridə çirk, piy, kosmetika qalıqları və işlənmiş qazlar toplanır. Bir sıra hallarda problemin həlli yalnız bundadır ki, tez-tez və dərindən sifətimizi təmizləyək. Dermatoloqlar səhər və axşam yumşaq təmizləyici vasitə ilə yuyunmağı və sonradan xüsusi kosmetik məhsullar və yüngül nəmləndirici krem çəkməyi tövsiyə edir.
Çirki sifətdən balışüzünə və əksinə olaraq yaymamaq üçün hər üç gündən bir onu yuyun. Həmçinin pambıq balışüzünü atlas və ya yun balışüzünə dəyişin ki, dəri ilə sürtünmə azalsın.

5. Günəş

Zərərli ultrabənövşəyi şüaların həddən artıq təsiri, fərq etməz qızmar Günəşin altında və ya Günəş vannaları qəbul edirsiniz, əlverişsiz nəticələrə gətirib çıxara bilər. Məsələn, onlar dərini qurudur, bu da dəri piyinin yenidən əmələ gəlməsinə və səpkilərə gətirib çıxarır, ona görə də Günəşdən qoruyan kremdən istifadə edin və başınıza papaq qoyun.

6. Yuxu rejimi

Dolğun istirahətin orqanizmə böyük təsiri var. Siz yatanda bədən bərpa olunur və "stres hormonu" olan kortizolun miqdarı azalır, bu hormonun çoxlu miqdarı dəridə piy vəzilərinin aktivliyini artırır. Yeri gəlmişkən, saat 23:00-dan 01:00-dək dəri hüceyrələrinin intensiv bölünməsi, nəticədə onların təbii yeniləşməsi baş verir. Belə mühüm məqamı qaçırmayın və erkən çarpayıya gedin.

7. Həddən artıq müalicə

Akneyə qarşı salisil turşusu, benzoil-peroksid, kükürd və başqa komponenti olan vasitələrdən həddən artıq istifadə edilməsi dərinizi quruda bilər, onu daha çox piy ifraz etməyə sövq edə bilər, beləliklə də, məsamələri bağlaya bilər. Kosmetik məhsulların istifadə edilməsi üzrə təlimatları diqqətlə oxuyun. Həftədə iki-üç dəfə və ya hər ikinci gecə kifayət edər ki, qızartı azalsın və sızanaqlar yoxa çıxsın.

8. Artıq qabıqdan təmizlənmə

Müntəzəm olmayan qabıqtəmizlənmə sızanaqların yaranma səbəblərindən biridir. Lakin buna aludə olarıqsa, dərinin qoruyucu funksiyası pozular və qaş düzələn yerdə göz çıxarılmasına bənzəyər. Tərkibində qlikol və ya süd turşusu olan yumşaq kimyəvi qabıq təmizləyən vasitələri seçin ki, dərini dərindən təmizləsin və dəri piyini artırmaqla aqrsessiv təsir göstərməsin.

9. Məşqlər

İnadlı məşqlər gözəldir, amma lazımi addımları da unutmayın ki, neqativ nəticələr olmasın. Makiyajı silin və fiziki hərəkətlərdən öncə üzünüzü yuyun, sonra mütləq duş qəbul edin. Əks halda tər, çirk, piy və kosmetik vasitələr qarışacaq və sifətinizdəki və boynunuzdakı məsamələri ötrəcək.

10. Sızanaqların sıxılması

Sifətdəki sızanaqların sıxılması vərdiş halını alsa da, uzunmüddətli perspektivdə nadir hallarda kömək edəcək. Sıxılma törədici bakteriyaların daha dərinə nüfuz etməsinə gətirib çıxaracaq və problemi dərinləşdirəcək.
Əlavə ziyan bakteriyaların sifətin başqa hissələrindən və əllərdən açıq yaraya düşməsinə səbəb olacaq.

11. Saçlar üçün vasitələr

Başın dərisində, sinədə və ya kürəkdə sızanaqlar şampun və kondisionerlərdə olan nəmləndirici agentlər yarada bilər. Belə problemlə üzləşəndə sulfatsız məhsullara keçin. Onları başıaşağı olaraq yuyun, kondensasiya mərhələsində isə saçlarınızı yuxarıya yığın ki, kürəyinizə toxunmasın.

12. Yuyucu toz

Bəzi paltaryuyan tozlarda bir sıra kimyəvi maddələr dəri üçün çox aqressiv ola bilər, geyimlə, dəsmalla və ya yataq ağı ilə təmasda reaksiya verə bilər. Əgər siz yuyucu vasitəni yenicə dəyişmisinizsə, bundan sonra yeni səpkilər əmələ gəlibsə, xüsusilə həssas dəri üçün boyasız gellərə keçin.

13. Siqaret çəkmə

Siqaret çəkmə nəinki xərçəng yaradır, həm də kollagen və elastini parçalayır, bu da dəridə qırışlara və məsamələrin çoxalmasına gətirib çıxarır. Tüstüdə olan kanserogenlər dərini qıcıqlandırır və daha çox piyin yaranmasına səbəb olur. Burada bircə çıxış yolu var-siqareti atmaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.