SEPAH-ın Təhlükəsizlik İdarəsinin rəisi sui-qəsdə məruz qalıb? - TƏCİLİ

23-06-2022, 11:45           
SEPAH-ın Təhlükəsizlik İdarəsinin rəisi sui-qəsdə məruz qalıb? - TƏCİLİ
İranın bəzi mənbələri iyunun 23-də İnqilab Keşikçiləri Korpusunun Təhlükəsizlik (ETTELAAT) İdarəsinin rəisi Hüseyn Taibə qarşı uğursuz terror əməliyyatı həyata keçirilməsi ilə bağlı məlumat yayıblar.

Bu barədə "Alarabiya" nəşrinin fars redaksiyası bildirib.

Məlumata görə, İranda təhlükəsizliklə bağlı baş verən son hadisələrindən sonra vəzifəsindən uzaqlaşdırılan Taib uğursuz terror cəhdindən sonra xəstəxanaya yerləşdirilib.

Eyni zamanda "Terror Alarm" Twitter səhifəsi də Hüseyn Taibin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı təsdiq edib.

Son günlərdə İsrail mediası Türkiyədə israillilərə qarşı terror əməliyyatı planlaşdırmasında Hüseyn Taibin rolunu ifşa edib.

İsrailin təhlükəsizlik mənbələri iyunun 20-də Taibin Türkiyədə və digər ölkələrdə israilli turistlərə sui-qəsd planında rolunu təsdiqləyərək, İsrail təhlükəsizlik qüvvələrinin onu izlədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru