Vəzifəli şəxslərə TORBA TİKƏN QADIN... - TƏFƏRRÜAT

23-06-2022, 11:53           
Vəzifəli şəxslərə TORBA TİKƏN QADIN... - TƏFƏRRÜAT
Külli miqdarda dələduzluqda təqsirləndirilən Ülkər Qədirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ülkər Qədirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 48 yaşlı Ülkər Qədirova 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq vaxtından tez azadlığa buraxılıb. O, hətta məhkumluğu ola-ola 9 nəfərə qarşı dələduzluq edib. İki nəfərə paytaxtın Binəqədi rayonunda ev tikib satmaqla pul qazanmağı “məsləhət görüb”. Bu yolla onlardan 23 min və 6 min manat pul alıb. Onlardan biri, Kərimov Aftandil Murad oğlu “Azəriqaz”ın İsmayıllı rayon şöbəsinin rəisidir. Həmçinin, bir nəfəri Çevik Polis Alayına, bir nəfəri isə xarici şirkətdə fəhlə işinə “düzəltmək” adı ilə hərəsindən 9 min manat pul alıb.

Daha maraqlısı isə odur ki, Ülkər Qədirova “Azəriqaz”ın İsmayıllı şöbəsinin rəis müavini Mehdiyev Qurban Hacıməmməd oğlundan 60 min manat pulu dələduzluq yolu ilə mənimsəyib. O, Qurban Mehdiyevə SOCAR-a vitse-prezident "təyin olunacağına" dair söz verib.

Zərərçəkmişlər arasında Azərbaycanda fəaliyyət göstərən “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbəri Zeynalov Əliyusif Məmiş oğlu da var.

Bütün bu cinayət əməllərinə görə, Ülkər Qədirova sadaladığımız zərərçəkmişlərdən ümumilikdə 107 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. //apa//шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.