Müəllimlərin sertifikasiyası ləğv edilir? - Səsyazısı yayıldı...
5-08-2022, 18:27
Müəllimlərin sertifikasiyası ləğv edilir? Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb.
Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a bildirilir ki, paylaşılan məlumat həqiqəti əks etdirmir.
Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik.