“Səfirliyə hücum birbaşa İranın barmağı olan hərəkətdir” - Hücumu təşkil edənlər kimlərdir?

6-08-2022, 00:02           
“Səfirliyə hücum birbaşa İranın barmağı olan hərəkətdir” -
Xəbər verdiyimiz kimi, Londonda Azərbaycan səfirliyinə hücum çəkərək iki saat ərzində yerli polisin və təhlükəsizlik qüvvələrinin nəzarəti altında vandalizm aktı törədən radikallar “Mehdinin Xidmətçiləri Birliyi” (The Mahdi Servants Union, əvvəlki adı Khoddam Al-Mahdi Organization) üzvləridir.

Qrupun həm Vatikandan, həm də İrandan dəstək aldığı, onlardan İslamın pasrçalanması, məzhəb davasının qızışdırılması üçün istifadə edildiyi bildirilir. Yəni, özlərini “Mehdinin Xidmətçiləri Birliyi” adlandıran qrupun rəhbərləri din pərdəsinə bürünmüş şarlatanlardan, üzvləri isə cahil fanatiklərdən ibarətdir.

"Qrupla əlaqəsi olan üzvlər Azərbaycan hökumətinin bəzi şiə müsəlmanları guya “təqib etdiyini" iddia ediblər. Qrup bəyanatda bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə qarşı “təcili tədbir görülməsi” üçün rəhbərləri tərəfindən göstəriş verilib" – deyə, Britaniyanın "Metro" qəzeti yazıb.

Şiə təriqətinə mənsub, Londonda mənzillənən “Mehdinin Xidmətçiləri Birliyi”nin lideri Yasir Əl-Həbibi 1979-cu ildə Küveytdə anadan olub. Bir müddət İranın Qum şəhərində dini təhsil alan Əl-Həbib radikal fəaliyyətlərinə, sapıq fikirlərinə görə həbs edilib. 2004-cü ildə illik əfvetmə kampaniyasında Küveyt əmiri tərəfindən əfv edilərək azadlığa buraxılan əl-Həbibini azadlığa çıxan kimi Küveytdən qaçıb,

Vatikandakı ağalarının dəstəyi ilə Əl-Həbib Böyük Britaniyada sığınacaq alıb. Ona Buckinghamşirdə kilsəni məscid kimi istifadə etməsinə şərait yaradılıb. Eyni zamanda "Fədək" televiziyası açaraq təbliğat aparması təmin edilib.


O, Londonda iranlı müctəhid Sadiq Şirazinin kiçik qardaşı Seyid Müctəba Sadiq Şirazi ilə tanış olub, onun qızı lə evlənib və ailənin qaynağı İrandan olan maddi dəstəyindən istifadə edərək radikal fəaliyyətlərini genişləndirib.

Onun fəaliyyətləri İran hökumətinə müxalif olan bir sıra nüfuzlu din xadimləri tərəfindən tənqid edilib və Yasir Əl-Həbib şiə-süni düşmənçiliyi yaratmaqda günahlandırılıb.

Bir sıra təhlilçilərin bildirdiyinə görə, “Mehdinin Xidmətçiləri Birliyi” qruplaşması və onun başçısı yalnız Vatikanın sifarişlərini yerinə yetirmir, həm də İranın bölgədə və dünyada proksi qruplaşmalarından biridir.

Güney Azərbaycan Televiziyasının (GünazTV) qurucusu və rəhbəri Əhməd Obalı hadisəni şərh edərkən bildirib ki, Azərbaycanın Britaniyadakı səfirliyini ələ keçirən “Mehdinin Xidmətçiləri Birliyi” radikal qrupunun başçısı Yasir Əl-Həbib İranın Qum şəhərində təhsil alıb və yetişdirilib: "Eyni zamanda o, İranın nüfuzlu din xadilərindən olan və hazırda İran rəhbəri Seyid Əli Xameneyinin müxaliflərindən biri kimi qələmə verilən Ayətullah Sadiq Şirazinin Londonda yaşayan qardaşının qızı ilə evlidir.

Bunların yəni Sadiq Şirazi ilə Əli Xameneyi arasında ixtilaf var. Onlar Xameneyini mərcə, yəni dini rəhbər kimi qəbul etmirlər. Əslində Xameneyi özü də özünü dini rəhbər hesab etmir, sadəcə ona başqaları dini rəhbər deyə xitab edirlər. Adı çəkilən qrup Sadiq Şirazini dini rəhbər kimi qəbul edirlər. Bundan öncə 2018-ci ildə, Sadiq Şirazinin oğlu Hüseyn Şirazi İranda həbs edildiyi üçün bu qrup Londonda İran səfirliyi qarşısında etiraz aksiyası keçirib və guya özlərini İran müxalifəti kimi qələmə verdilər. Ancaq məsələnin əsli bundan ibarətdir ki, bu qrupda daxil olmaqla Küveyt və körfəz ətrafında yerləşən başqa ərəb ölkələrində fəaliyyət göstərən şiə qruplaşmaları İran hökuməti tərəfindən dəstəklənir və maliyyələşirlər”.

Əhməd Obalının sözlərinə görə, onların avqustun 4-də Azərbaycan səfirliyinə hücumları əslində İran hökumətinin Azərbaycana qarşı təbliğatının nəticəsidir: “Guya Azərbaycan şiələri incidir, Azərbaycanın anti-şiə olduğu təlqin edilir və bunun nəticəsində səfirçiyimizə hücum edilir, səfirlik divarlarına şüarlar yazılır və bayrağımız aşağılanaraq yerə atılır".

Günaz.TV rəhbərinin sözlərinə görə, əslində bu qrup İranda dövlətin bir qismi tərəfindən dəstəklənir və İranın oyunlarından biri də budur. İran dövləti son zamanlra Azərbaycana qarşı təbliğatı onqat artırıb.

"Binə qəsəbəsində divara yazılan hansısa şüarın silinməsi, həbsdə olan hansısa terrorçuların şiə rəhbərləri kimi qələmə verilməsi və başqa bu kimi hadisələr sadəcə bəhanədir. İranın əsas narahatçılığı Azərbaycan-Ermənistan arasında olan problemin Azərbaycanın, yəni haqlı tərəfin xeyrinə həll olunması, Zəngəzur dəhlizinin açılmasıdır. Bunu bilməliyik ki, “Mehdinin Xidmətçiləri Birliyi” qrupunun əməli həm birbaşa İranın barmağı olan hərəkətdir və həm də İranın propaqandasının nəticəsidir" - Əhməd Obalı belə deyib.

Rasim



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.