“Putinin qəbul otağına qədər getdim” - Öldürülmüş işğalçının atası
6-08-2022, 08:33
![“Putinin qəbul otağına qədər getdim” -](/uploads/posts/2022-08/1659754981_1.jpg)
Çelyabinsk vilayətinin Bordov yaşayış məntəqəsindən olan 66 yaşlı Yuri Çernyak şikayətlənir ki, hələ də Ukraynadakı müharibədə həlak olmuş oğlu üçün «dəfn pulu»nu ala bilmir. Hətta Putinin qəbul otağına qədər getməsi də nəticə verməyib.
Bu barədə yerli 74.ru nəşrinin materialında söhbət açılır.
Aleksandr Çernyak martın 30-da könüllü olaraq, Ukraynaya yollanıb. Atasının dediyinə görə, oğlu Ukraynaya qarşı müharibə başlayan zaman «kənarda qala bilməyib».
Ata yaşayış yerində hərbi komissarlığa müraciət edib, orada onu Rostovdakı hərbi hissəyə istiqamətləndiriblər, hansı ki, oğlu buraya yetişən zaman müvəqqəti müqavilə imzalayıb. Amma kontraktın olmasına baxmayaraq, ödənişlə bağlı problem meydana gəlib. İşğalçının atasının izah etdiyinə görə, problem ondadır ki, Aleksandr (oğul - Red.) könüllü olub.
Ətraflı
«Aleksandr ölkəyə kömək etməyə gedib - öz yoldaşlarının müdafiəsi üçün, pul üçün yox, amma hamı buna tüpürür» - ata sarsılır.
Yerli hakimiyyət həlak olanın ailəsinə yalnız 100 min rubl ödəyib. Nəticədə, qohumları Aleksandrı öz hesablarına dəfn ediblər.
«Qohumlar yığışıblar, kim nə qədər bacarırdısa atışıblar və onu öz hesablarına dəfn ediblər. Hətta ona o dövr üçün əmək haqqı da ödəməyiblər. Heç bir milyonu heç kim görməyib» - Yuri danışıb.
Belədə, istər-istəməz, Ukrayna müharibəsində həlak olan Rusiya əsgərlərinin qohum-əqrəbasına haqlı sual vermək yerinə düşərdi: «Ey bədbəxt günə salınmış rusiyalılar, bir anlığa fikirləşin: cavanlarınızı «ət maşınına» göndərən Prezident Putinin nə qədər pulu olar?...»