Şinzo Abenin güllələndiyi silahın texniki şəkli dərc olundu - FOTO

17-08-2022, 09:18           
Şinzo Abenin güllələndiyi silahın texniki şəkli dərc olundu - FOTO
Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin güllələndiyi ehtimal olunan əldəqayırma tapançanın texniki şəkli paylaşılıb. Görüntü yerli “The Mainichi” qəzetində dərc olunub.

Əldəqayırma silahın qabaritləri 40 sm uzunluqda, 20 sm hündürlükdədir. Konstruksiya vinil lentlə lövhəyə bərkidilmiş iki borudan ibarətdir. Batareyaya qoşulmuş elektrik kabeli isə barıtı alovlandırıb. Silah eyni anda altı güllə atmaq və ov tüfəngi kimi iki ardıcıl atəş açmaq üçün nəzərdə tutulub.


Müstəntiqlərin fikrincə, tapançanı sui-qəsdçi, 41 yaşlı yapon Tetsuya Yamaqaminin özü düzəldib. Onun özü də 2021-ci ilin yazından 2022-ci ilin fevralına qədər ən azı altı əldəqayırma silahı sınaqdan keçirdiyini, həmçinin barıtı özünün hazırladığını (kənd təsərrüfatı gübrələrini torpaq və digər materiallarla qarışdıraraq) etiraf edib.

Xatırladaq ki, Şinzo Abe iyulun 8-də insanlar qarşısında çıxış edərkən sui-qəsdə məruz qalıb. Hücum edənin Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət edən Tetsuya Yamaqami olduğu üzə çıxıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru