Ermənilərə qarşı daha bir TƏZMİNAT DAVASI... - Hüquqşünas dəyərləndirir...

17-08-2022, 10:27           
Ermənilərə qarşı daha bir TƏZMİNAT DAVASI... -
Qarabağda azərbaycanlıların evlərinin yandırılması əmlakı qəsdən məhv etməyə görə cinayət məsuliyyəti yaradır.

TEREF xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış vəkil Aqil Layıc Qarabağı tərk edən ermənilərin evləri yandırması ilə bağlı danışarkən deyib.

O bildirib ki, yandırılan evlərin əsl sahibləri mülkiyyət hüququ pozuntusuna görə məhkəməyə müraciət etmək və təzminat tələb etmək hüququna malikdirlər.

Qeyd edək ki, Laçına qanunsuz məskunlaşdırılmış ermənilər avqustun 25-nə kimi oranı tərk etməlidirlər. Ermənistan evlərin yandırılmayacağı vədini versə də, ermənilər evləri və meşələri qəsdən yandıraraq, bunu social şəbəkədə yayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru