Yuxunuz pozulubsa və çox tərləyirsinizsə, “Omikron”a yoluxmuş ola bilərsiniz

18-08-2022, 11:04           
Yuxunuz pozulubsa və çox tərləyirsinizsə, “Omikron”a yoluxmuş ola bilərsiniz
COVID-19 infeksiyasının “Omikron” ştammının yeni növlərinin əlamətləri açıqlanıb.

Bu barədə infeksionist Yevgeni Timakov məlumat verib.

Onun sözlərinə görə, başağrısı, burun axması, səsin xırıldaması və yuxunun pozulması koronavirusun “Omikron” ştammının əsas əlamətləridir.

“Başağrısı, səsin tutulması, burun axması, mədə-bağırsaq traktının pozulması, həddindən artıq tərləmə və yuxu pozuntusu “Omikron”un varlığından xəbər verir”, - deyə infeksionist qeyd edib.

Mütəxəssisin sözlərinə görə, yeni növ virusa yoluxma zamanı qoxu hissinin itməsi nadir hallarda müşahidə olunur.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru