Dinozavrları yox edən olayın sirri çözüldü – “Qatil” Marsdan gəlibmiş

3-12-2022, 10:55           
Dinozavrları yox edən olayın sirri çözüldü –
Əvvəlki araşdırmalara görə, təxminən 3.4 milyard il əvvəl Marsın şimalında okean dibində asteroid və ya kometa zərbəsi nəticəsində meqa sunami baş versə də, çırpılma nəticəsinə yaranan kraterin yeri qeyri-müəyyən olaraq qalır.

Teleqraf.com xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan son araşdırma yeni tapıntıları üzə çıxarıb.

Yeni tədqiqat çərçivəsində planetlə bağlı bundan əvvəlki araşdırmalardan alınan görüntülərin birləşdirilərək yaradılan Marsın səthinin xəritələri təhlil olunub və meqa sunamiyə səbəb ola biləcək zərbə krateri müəyyən edilib.

“Pol” adlanan kraterin diametri 110 kilometrdir və okeanın əhatə etdiyi düşünülən şimal düzənliklərində dəniz səviyyəsindən təxminən 120 metr aşağıda yerləşdiyi güman olunur.

Təxminən 3.4 milyard il əvvəl baş verdiyi iddia edilən “Pol”a hansı təsirin səbəb ola biləcəyini və bunun meqa sunamiyə səbəb olub-olmadığını yoxlamaq üçün asteroid və kometaların təsirləri simulyasiya edilib.

Nəticədə 110 kilometr diametrli kraterlər əmələ gəldiyi və bunun meqa sunamilərə səbəb olduğu görülüb. Üç kilometrlik asteroid zərbəsi nəticəsində yaranan meqa sunaminin təhlili göstərib ki, bu sunami quruda təxminən 250 metr yüksəkliyə çata bilər.

Zərbənin 66 milyon il əvvəl Yer kürəsindəki bütün uça bilməyən dinozavrların kütləvi məhvinə səbəb olan “Çiksulub” effektinə bənzədiyi bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.