"Sülhməramlı"lar yolun bağlanmasından yaxşı qazanc əldə edirlər..." - “Hraparak”

2-02-2023, 22:15           
"Sülhməramlı"lar yolun bağlanmasından yaxşı qazanc əldə edirlər..." - “Hraparak”
"Sülhməramlı"lar yolun bağlanmasından yaxşı qazanc əldə edirlər..."
"Bəlli olub ki, bəzi sülhməramlılar da Artsax faciəsindən, yolun bağlanmasından qazanc əldə etməyə başlayıblar və Ermənistandan yükün bir hissəsini ödənişli şəkildə daşıyırlar".

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu "Hraparak" nəşri yazır.

"Üstəlik, iştahları da az deyil: Qarabağ əhalisinə zəruri malları çatdırmağa çalışan erməni iş adamları, xeyriyyəçilərdən bir yük maşını üçün 1000 dollara qədər pul alırlar. Pulun miqdarı malın qiymətindən və miqdarından asılı olaraq müxtəlif hallarda dəyişir - 20 min dramdan(48 dollar) bir neçə yüz min drama(100 min dram - təxm. 240 dollar) qədər"- daha sonra erməni qəzeti belə yazır.

Xatırladaq ki, bir müddət öncə Xankəndindəki erməni vəkil Roman Yeritsyan "sülhməramlı"ların bir qrup erməni sahibkardan mallarını Laçın dəhlizindən keçirmək üçün külli miqdarda rüşvət alsalar da, yükləri tam şəkildə təhvil vermək istəmədikləri, guya onun xeyli hissəsinin yararsız vəziyyətə düşməsini bildirməkləri və s. haqda məlumat yaymışdı. Bundan bir neçə gün sonra separatçı-terrorçu rejimin qondarma "prokurorluğu" guya vəkilin yaydığı məlumatın yalan olması barədə informasiya yaymışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.