Yeni dünya nizamı necə olacaq?- Dünyanı fəth etmək planı...
3-06-2016, 02:57
Mason lojasının nəzəri əsaslarını hazırlayan Albert Pike 1871-ci il 15 avqust tarixli məktubunda üç dünya müharibələrini qabaqcadan xəbər vermiş və "Yeni dünya nizamının" bərqərar olması və dünyanın fəth etmək planını açıqlamışdır.
Məktubun mətni ilə tanış olaq:
"Albert Pikenin Giuseppe Mazziniyə yazdığı 15 avqust 1871-ci il tarixli məktub:
Birinci Dünya müharibəsi olmalı, bu zaman Yerdə bütün imperiyalar dağılacaq, Rusiyada çar hakimiyyəti devriləcək.
İkinci Dünya müharibəsi olmalı, Avropada alman millətçiləri ilə dinsiz komunizm cəmiyyəti yaradaraq sonra onları bir- birinə qarşı qoyub savaş açmaq, müharibənin son məqsədi isə Fələstində İsrail dövləti yaratmaqdır. (1948-ci ildə yarandı)
Üçüncü dünya müharibəsi isə müsəlmanlar ilə yəhudilər arasında olmalı və son məqsədi bütün dinlər məhv olub aradan getməlidir.
Bu olanlardan sonra insanlar bütün ideologiya və məktəblərdən üz çevirib Lucifer'in Saf doktrinasını qəbul edəcəklər.
15 Avqust 1871, Washington DC"
Göründüyü kimi doğurdanda 1- ci dünya müharibəsində bir çox imperiyalar – Osmanlı, Avstriya- Macarıstan, Rusiya, Almaniya və s dağıdıldı. 2- ci dünya müharibəsindən sonra 1948- ci ildə İsrail dövləti yaradıldı.
1-ci dünya müharibəsi ərəfəsində kapitalizmdə hökm sürən dərin böhran ilə qərb Hegelin tezis-antitezis- sintez modelini tətbiq etdi. Kapitalizm müqabilində bir antitezis irəli sürüb dinsiz, ateist komunizm yaradıldı. Avropanın yarısında, Şərqin böyük bir hissəsində hökm sürən qanlı komunizm quruluşundan sonra, insanlar kapitalizmdən daha da bərk yapışdılar.
Dünyanın yeni düzəni dedikdə əslində yeni insan modelinin yaradılması başa düşülməlidir. Bir qrup dünyanın maliyyə və güc mərkəzlərini nəzarət altında saxlayan, dövlətləri istədikləri kimi yönəldən güclər, yeni dünya düzəni planlarını sürətlə həyata keçirməklə məşğuldurlar. Yeni insan modeli dedikdə heç bir səmavi dinə etiqat etməyən, özlərinin dünyada hakim etmək istədikləri ideologiyaya qeyri-şərtsiz inanan və ona sadiq olan insan başa düşülür. Bu anlamda onların qarşılaşdığı ən böyük maneə məhz islam dinidir. Çünki xristianlıq hal-hazırda dünyada təsiri olmayan quru bir din olub, heç bir hökm verməyən, insanları öz ardınca aparmaq iqtidarında olmayan dinə çevrilmişdir.
Sırf ağıl üzərində qurulan xristianlıq, həm ağıl, həm də iman üzərində qurulan İslam dini ilə müqayisədə daha az təhlükəlidir. İlk növbədə İslamı sırf ağıl üzərində qurulan bir dinə çevirib, imanı aradan aparmaq, aradan apardıqdan sonra dinin hər bir ehkamına məntiqi aspektdən yanaşılıb, daxili- mənəvi gözəlliklərini və ən asası Allah və onun Peyğəmbərinə (s) olan imanı ağıl və məntiqin dar çərçivəsinə salmaq istəyirlər. İman olmayan ağılı istənilən tərəfə yönləndirmək çox asandır. Beləliklə yavaş – yavaş müsəlmanlar arasında öz dininin dərinliklərini anlamayan bir toplum yaradırlar. Bu işi onlar xristianlıq üzərində artıq həyata keçirmiş vəziyyətdədirlər. Dünyada bir xaos yaradıb səssiz silahlar ilə müxtəlif xəstəliklər, epidemiyalar yayır, HAARP texnologiyası vasitəsilə iqlimə müdaxilələr edib müxtəlif qasırğalar, sunamilər törətməklə 6 milyard insan nüfuzunu 2 mlrda və sonra isə 480 milyon nəfərə qədər azaltmaq uğrunda iş görürlər.
Düşünürlərki, Yer kürəsində texnika, texnologiya daha da inkişaf etdikcə insanlara ehtiyac qalmır və “artıq insan” nəslini yox etmək planı həyata keçirilməlidir. Daha da aydın izah etmək üçün 100, 150 il əvvələ baxsaq görərik ki, bütün müharibələrdə, döyüşlərdə o cümlədən adi təsərrüfatda atdan dəvədən və s. digər heyvanlardan geniş istifadə olunsada, indi isə heç bir müharibədə gözə dəymir. Sual olunur niyə? Çünki texnika, texnologiya, maşın yarandı və onlara ehtiyac qalmadı. İndi də robortlar dövrü gəldikcə insana ehtiyac qalmır və sayları azalmalıdır. Afrika artıq seyrəkləşdirilmiş bir qitəyə dönmüş , bütün müsəlman ölkələrində, o cümlədən Azərbaycanda sonsuzluq kimi xəstəliklər bir bəlaya çevrilmişdir.
Beləliklə insanları bəsitləşdirərək, heç bir dinə inanmayan, öz tarixini adət-ənənələrini bəyənməyən , tarixi şəxsiyyətlərində hər zaman nöqsan axtaran bir gənc nəsil yetişdirib tamamilə öz məqsədlərinə uyğun insan formasına salırlar.
Bundan başqa insanlar arasında əxlaqı pozmaq üçün hazır yeməklərin içinə bir formul yerləşdirilir ki, o formul qadınlarda cinsi istəkləri artırır, kişilərdə isə azaldır. Bununla da insanlar arasında dini-mənəvi və ailə dəyərlərinə inanılmaz dərəcədə güclü zərbə endirirlər. Kişilərin gücün azaldıb onların qadınlar üzərində olan hökmranlıqlarını yox etmək, kişilərdə qeyrət hissini aradan aparmaqla qadınları kişilərdən nifrət edən bir toplum halına salırlar. Bütün bunlar təkcə müsəlman aləmində yox bütün dünyada həyata keçirilir və Avropada artıq pik həddindədir.
Cizgi filmlərdə subniminal mesajlar ilə uşaqların şüuraltına müdaxilələrlə özlərinin istədikləri tərəfə çəkirlər. Bu baxımdan valideynlərə Hollüvudun çəkdiyi cizgi filmlərdən uşaqlarınızı mümkün qədər uzaq tutmağı məsləhət görürük. Artıq bir çox ölkələrdə bu tip cizgi filmlər qadağan olunub.
Bəlkədə bu yazılar 15- 20 il əvvəl yazılsaydı insanlar çoxda ciddi qəbul etməz , şişirdilmiş bir nəzəriyyə olaraq qəbul edərdilər. Lakin hal-hazırda yaşadığımız ölkədə bütün bu deyilənlərin hamısını müşahidə etmək mümkündür, xüsusən də gənclər arasında sonsuzluq problemi.
Bəs bunlar necə oldu yarandı? Heç səbəbi iləmaraqlanmasaq da , bu dünyada insan nüfuzuni azaltmaq planlarından başqa bir şey deyil..
Sual yarana bilər bəs bu işi görənlər hansı bir ideologiya ilə bu işi görürlər? Bu məqsədi həyata keçirən güclər Hz. Süleymanın hökmranlığını yenidən bərpa etmək istəyir, və buna Tanrı imperatorluğu adını qoyublar.
moderator.az