MKİ-nin direktoru: “Rusiya İrana raket proqramında kömək edir, əvəzində isə…”

28-02-2023, 10:45           
MKİ-nin direktoru: “Rusiya İrana raket proqramında kömək edir, əvəzində isə…”
Birləşmiş Ştatlar Rusiyanın İrana raket proqramı ilə bağlı kömək təklif etdiyinin əlamətlərini görür. Bu, ən azı Ukraynadakı müharibədə istifadə etmək üçün qırıcı təyyarələr almaq qarşılığında edilə bilər.

Pressklub.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns CNN-ə müsahibəsində deyib.

Börns bildirib ki, Rusiya və İran arasında müttəfiqlik sürətlə inkişaf edir.

“İndi o, kifayət qədər sürətli templə çox təhlükəli istiqamətdə irəliləyir. Biz bilirik ki, iranlılar artıq rusları Ukrayna mülki əhalisinə və mülki infrastrukturuna zərbə vurmaq üçün istifadə etdikləri yüzlərlə pilotsuz təyyarə ilə təmin ediblər. Onu da bilirik ki, Tehran ruslara artilleriya və tanklar üçün döyüş sursatı da verib” – Börns bildirib.

Xatırladaq ki, Böyük Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Rusiya İran pilotsuz təyyarələrinin ehtiyatlarını tükəndirib və indi onun yerini doldurmaq üçün yollar axtarır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.