Qərbdə Ukraynanın parçalanma ssenarisinə baxılır

6-03-2023, 09:06           
Qərbdə Ukraynanın parçalanma ssenarisinə baxılır
ABŞ və onun müttəfiqləri Ukraynanın ikiyə bölünməsi ssenarisini istisna etmirlər.

Axar.az xəbər verir ki, bunu "Nəşnl Revyu"nun köşə yazarı Noa Rotman deyib.

“Zelenski hökuməti bu faktla qarşılaşna qədər Qərbin Ukrayna məsələsinə həvəsi azalmağa davam edəcək. O an Ukrayna sözün əsl mənasında parçalanacaq. Və bu parçalanma onun qondarma tərəfdarlarının razılığı ilə olacaq", - Rotman bildirib.

Onun fikrincə, Ukraynanın müqavimət göstərmək və 1991-ci il sərhədlərinə çatmaq üçün kifayət qədər gücü yoxdur:

"Donbas və Krımı ələ keçirmək cəhdləri Qərbə çox baha başa gələcək, bunun üçün çoxlu sursat, texnika və hava dəstəyi lazımdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.