Yuxu ömür uzunluğuna necə təsir edir?

18-03-2023, 11:56           
Yuxu ömür uzunluğuna necə təsir edir?
Davamlı olaraq yaxşı yuxu alan kişilər almayanlardan təxminən beş il, qadınlar isə iki il daha çox yaşayırlar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Harvard Tibb Məktəbinin alimlər komadası 2013-2018-ci illər arasında Milli sağlamlıq sorğusunda iştirak edən 172 321 nəfərin (orta yaş 50) məlumatlarını öyrənib. Ekspertlər öz işləri zamanı yuxu müddəti ilə xəstələrin gözlənilən ömür uzunluğu arasında əlaqə tapıblar.

Oxşar milli sorğuları ABŞ əhalisinin sağlamlıq vəziyyətini qiymətləndirməyə kömək etmək üçün Xəstəliklərə nəzarət və qarşısının alınması (CDC) və Milli sağlamlıq statistikası mərkəzləri hər il keçirir. Digər məsələlərlə yanaşı, sorğuda yuxu və onların vərdişləri ilə bağlı suallar olur.

İştirakçılar orta hesabla 4,3 il izlənilib, bu müddət ərzində 8681 nəfər ölüb. Bu ölümlərin 2610-u (30 faizi) ürək-damar xəstəliklərindən, 2052-si (24 faizi) xərçəngdən, 4019-u (46 faizi) isə digər səbəblərdən olub.

Tədqiqatçılar keyfiyyətli yuxu üçün beş fərqli amili qiymətləndiriblər, o cümlədən 7-8 saat yuxu, yuxuya getməkdə çətinlik çəkməmək və oyanarkən ayıqlıq. Hər bir amil ən yüksək yuxu keyfiyyətini göstərən maksimum beş bal olmaqla, hər biri üçün sıfır və ya bir xal təyin edilib.

Alimlər müəyyən ediblər ki, yaxşı və kifayət qədər yatan insanların hər hansı səbəbdən ölmə ehtimalı 30, ürək-damar xəstəliklərindən isə 21 faiz daha azdır.

Yuxu keyfiyyətinə görə yüksək bal toplayanlar arasında, pis yatanlarla müqayisədə gözlənilən ömür kişilər üçün 4,7 il, qadınlar üçün isə 2,4 il daha uzun olub. Beləliklə, alimlər ömrü uzatmaq və bir sıra xəstəliklərdən qorunmaq üçün sağlam və kifayət qədər yuxunun vacibliyini bir daha sübut ediblər.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.