Müharibə Araşdırmaları İnstitutu: Rusiya hücum prioritetini dəyişib

24-03-2023, 09:58           
Müharibə Araşdırmaları İnstitutu: Rusiya hücum prioritetini dəyişib
“Rusiya ordusu Ukrayna ərazisində hücum əməliyyatları ilə bağlı prioriteti ciddi şəkildə dəyişib”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

“Rusiya ordusu Baxmut yaxınlığında hücum əməliyyatını əhəmiyyətli dərəcədə ləngidib və əvəzində səylərini digər istiqamətlərə, xüsusən də Avdeyevka bölgəsinə yönəldib”, – ABŞ institutunun ekspertləri hesab edirlər.

Bildirilib ki, Rusiya qoşunları indi Avdeyevkanı mühasirəyə almaq üçün bu yaşayış məntəqəsi ətrafında hücum əməliyyatlarının sürətini artırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.