ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişir

28-03-2023, 09:28           
ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişir
ABŞ rəhbərliyi Ukraynadakı müharibəyə münasibətini daha az ehtiyatlı və daha sərt istiqamətə dəyişir və indi Kiyevin Rusiya Federasiyası ilə qarşıdurmada qalib gələcəyinə və itirilmiş əraziləri geri alacağına ümid edir.

“Report” xəbər verir ki, bu barədə “The Times” ABŞ Prezident Administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə istinadən yazır.

Onun sözlərinə görə, məqsəd Ukraynanın “suverenliyini və müstəqilliyini” təmin etməkdir ki, bu da itirilmiş ərazilərin qaytarılması deməkdir.

Nəşr diqqəti bir müddət əvvəl ABŞ Prezidenti Cozef Bayden və onun ətrafının Ukrayna və NATO-nun “nüvə dövləti ilə məşğul olduğunu” xatırladaraq, eskalasiyadan yayınmağa çalışmasına yönəldir. Lakin son vaxtlar NATO Kiyevi getdikcə daha müasir silah və zirehli texnika ilə təmin edərək daha qətiyyətli davranmağa başlayıb.

Əvvəllər Vaşinqton da Rusiya üzərində qələbədən deyil, Ukraynaya ən güclü danışıqlar mövqeyini təmin etməkdən danışmağa üstünlük verirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru