"Fazil Mustafaya 7-8 güllə atılıb" - Zahid Oruc

29-03-2023, 08:18           
"Fazil Mustafaya 7-8 güllə atılıb" -
"Fazil Mustafaya 7-8 güllə atılıb. Bu, onun həyatına edilən sui-qəsddir".

Bunu "Report"a Milli Məclisin deputatı Zahid Oruc Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

"Bu sui-qəsdin təbii ki, siyasi səbəbləri var. Kimlərsə 90-cı illərlə bu dövrü səhv salır, o vaxt da siyasi terrorlar baş alıb gedirdi. Həm də Qarabağ müharibəsindən sonra əksər adamlarda silah var idi. O silahlar ilə daxildə müxtəlif hücumlar həyata keçirirdilər", - Z.Oruc bildirib.

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru